Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “ASAN Könüllüləri” Təşkilatı və Heydər Əliyev mərkəzləri sosial layihəyə start verib

“ASAN Könüllüləri” Təşkilatı və Heydər Əliyev mərkəzləri sosial layihəyə start verib

22.08.2018 [09:21]

“ASAN Könüllüləri” Təşkilatı və Heydər Əliyev mərkəzləri Ulu öndərin siyasi kursunun, azərbaycançılıq və dövlətçilik ideologiyasının təbliği, region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədilə sosial layihəyə start verib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində Bərdə, Quba, Qəbələ, Mingəçevir və Masallı rayonlarındakı Heydər Əliyev mərkəzlərində region gəncləri ilə görüşlər keçirilir. Görüşlərdə Ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünün və sosial-siyasi fəallıqlarının artırılması ilə bağlı məlumat verilir, müzakirələr aparılır. Həmçinin gənclər üçün kompüter və dil kursları, şahmat oyunları, kino günləri, kitab klubu, “dəyirmi masa”lar təşkil olunur.
Layihə çərçivəsində Azərbaycanın regionlarında davamlı olaraq tədbir, təlim, kurs, seminar və digər görüşlərin keçirilməsi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 449 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31