Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ağdam Muğam Mərkəzinin tikintisi başa çatıb

Ağdam Muğam Mərkəzinin tikintisi başa çatıb

18.08.2018 [09:09]

Ağdam rayonunun Quzanlı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən Muğam Mərkəzində tikinti işləri başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumi sahəsi 1800, ümumi daxili sahəsi isə 1580 kvadratmetr olan mərkəzin binasında 328 yerlik zal, foye, qalereya, dekorasiya, qrim, gözləmə, dərs otaqları yaradılıb. Həyətdə 60 avtomobil üçün dayanacaq, həmçinin qazanxana, nasosxana, su anbarları tikilib, yerə tamet döşənib.
Hazırda Muğam Mərkəzinin həyətində abadlıq və yaşıllaşdırma işləri aparılır. İşlərin qısa vaxtda başa çatdırılması nəzərdə tutulur.
Xalqımızın zəngin milli mənəvi sərvəti olan muğamın təbliğinə və onun yaşadılmasına xidmət edəcək bu mühüm layihə ölkəmizdə musiqi mədəniyyətinin inkişafına öz töhfəsini verəcək.

Paylaş:
Baxılıb: 707 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31