Anar Abiyev: Qarşına qoyduğun məqsədə çatmaq üçün çox çalışmaq lazımdır
17.08.2018 [08:54]
Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Artıq qəbul olunan abituriyentlərin qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən qəzetimizə verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 44 min 772 abituriyent iştirak edib. Onlardan 39 min 906-sı ali təhsil müəssisələrinə qəbul olunub. Bildirilib ki, tələbə adı qazanmış şəxslər 2018-ci il avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 13, II ixtisas qrupu üzrə 3, III ixtisas qrupu üzrə 8, IV ixtisas qrupu üzrə isə 5 nəfər olmaqla, ümumilikdə 29 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Bu da əvvəlki illərlə müqayisədə rekord göstəricidir. Onu da xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri I-IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.
Beləliklə, ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri oxucularımızla tanış edirik. Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın ali məktəblərinə keçirilən qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərdən biri də Bakı şəhəri 297 nömrəli məktəbin məzunu, I ixtisas qrupu üzrə imtahan verən Anar Abiyevdir. Redaksiyamızın qonağı olan Anar imtahan təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüb. Onun sözlərinə görə, daim dərslərinə məsuliyyətlə yanaşıb, ciddi hazırlaşıb və maksimal nəticəyə nail olub. Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması ixtisasını seçib. “Sözün düzü, cavablar çıxmazdan öncə çox həyəcanlı idim. 700 bal toplamaram deyə çox qorxurdum. Bildirim ki, ilk imtahanda 677 bal toplamışdım. Özümü yenidən sınamaq və etdiyim yanlışlıqları düzəltmək istədim. Valideynlərim özümü çox yormamağı və bu nəticə ilə kifayətlənməyimi məsləhət görsələr də, sevinirəm ki, bu dəfə 700 balı toplaya bildim. Həmçinin məzun olduğum məktəbdən, o cümlədən bizim bölgədən, yəni Lerik rayonundan 700 bal toplayan yeganə abituriyent oldum. Nəticələrlə tanış olduqdan dərhal sonra ailəmlə birgə rayonumuza yollandıq. Hər kəs mənimlə fəxr etdiyini deyirdi. Bu, sözlə ifadə edə bilməyəcəyim qədər qürurverici andır”, - deyə Anar qeyd edib.
Həmsöhbətimizin sözlərinə görə, atası hərbçi, anası isə tibb bacısıdır. Özündən böyük bacısı isə bir neçə il öncə 600-ə yaxın bal toplayaraq ali məktəbə daxil olub. Sonda qazandığı bu uğurlara görə oxuduğu məktəbin müəllim kollektivinə, eləcə də valideynlərinə minnətdarlıq edən rekordçumuz gələcək abituriyentlərə də daha yaxşı oxumağı arzulayıb: “Abituriyentlər özlərinə inansınlar, müəllimlərinin, valideynlərinin sözlərinə qulaq assınlar. Ali məktəbə daxil olmaq istəyənlər birinci növbədə uğur qazanmağı, yüksək bal toplamağı qarşılarına məqsəd qoymalıdırlar. Məqsədə çatmaq üçün isə çox çalışmaq, oxumaq lazımdır. Yalnız 1-2 illik hazırlığa arxayın olmaq olmaz. Mən özüm 2 il ərzində qəbul imtahanlarına daha ciddi hazırlaşsam da, bütövlükdə, məktəb illəri ərzində dərslərimi yaxşı oxumuşam. Hesab edirəm ki, bu amil mənim imtahanda yüksək nəticə əldə etməyimin əsas səbəblərindəndir”.
A.Abiyev onu da bildirib ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

