Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir
15.08.2018 [08:53]
Bu gün müasir Azərbaycan gəncliyi ölkə həyatının bütün sferalarında öz fəallığı ilə seçilərək ictimai-siyasi, elmi-mədəni-humanitar və sosial-iqtisadi tədbirlərin reallaşdırılmasında çox mühüm rola sahibdir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti və bu sahədə görülən tədbirlərin başlıca amalı milli-mənəvi dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması və bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsidir.
Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, ölkəmizə rəhbərlik etdiyi dönəmlərdə hər zaman gənclərə qayğı göstərməklə yanaşı, onların istedadlı, vətənpərvər kimi yetişmələrinə xüsusi diqqət yetirmişdir.
Sirr deyil ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilənə qədər respublikamızda bir çox sahələrdə geriləmə yaşanırdı. 14 iyul plenumundan sonra isə bütün sahələrdə sürətli yüksəliş, inkişaf və tərəqqi özünü büruzə verməyə başladı. Ulu öndərin çoxşaxəli və məqsədyönlü dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Həmin dövrlərdə Ulu öndər Heydər Əliyev gənclərin imkan və bacarıqlarını çox yüksək qiymətləndirir, onların problemlərinin həlli, eləcə də gənclərin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. 1969-1982-ci illərdə respublikada çox sayda gənclik və idman mərkəzləri, yeni tədris ocaqları, eləcə də hərbi məktəblər açılmış, minlərlə Azərbaycan gənci keçmiş SSRİ-nin, Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov, Minsk daxil olmaqla, bir çox şəhərlərində nüfuzlu ali məktəblərdə təhsil almış, müxtəlif ixtisaslara yiyələnərək ölkəmizdə bacarıqlı kadr olaraq fəaliyyətə başlamışlar.
Təəssüf ki, dövlət müstəqilliyinin ilk illərində - 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş ağır sosial-iqtisadi böhran, hərc-mərclik, vətəndaş qarşıdurması, anarxiya və xaos şəraiti təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından daha çətindir.
Həmin dönəmlər ölkəmiz və xalqımız üçün çox ağır keçmiş, gənclərlə iş sahəsində heç bir uğurlu tədbir həyata keçirilməmişdi. Mövcud olan qeyri-sağlam ictimai-siyasi vəziyyət təhsil sisteminin belə iflic vəziyyətə düşməsinə gətirib çıxarmış, gənclərə heç bir diqqət və qayğının göstərilməməsi onlarda sabaha inam hisslərinin yox olmasına səbəb olmuşdur. Belə bir mürəkkəb şəraitdə - 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev ölkəmizi milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtararaq müasir tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Ümummilli lider Heydər Əliyev ölkə gənclərini vahid ideya ətrafında birləşdirmək və gənc nəslin uğurla təşkilatlandırılması məqsədilə 26 iyul 1994-cü il tarixində ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması haqqında Fərman imzaladı. Qurum qısa zaman ərzində gənclər siyasətinin əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirdi və reallaşdırmağa başladı. Gənclərimizin cəmiyyətin inkişafında fəaliyyətini yüksəltmək və ölkənin gələcək inkişafında iştirakı və məsuliyyətini artırmaq məqsədilə Ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü və 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu öndər Heydər Əliyev 2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Bu, bir daha dahi öndərimizin gənclərə verdiyi dəyərin bariz nümunəsi idi.
Sonrakı illərdə də gənclərlə iş sahəsində imzalanmış Fərman və sərəncamlar, eyni zamanda, qəbul edilmiş proqram və qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda çox mühüm amilə çevrildi.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidenti seçilməsi ilə müasir Azərbaycan gəncliyi də yeni inkişaf mərhələsinə qədəm qoydu. Son on beş ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafını təmin etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq istiqamətinə yönəlmişdir.
Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan olunması, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi, 2011-ci ildə Prezident yanında Gənclər Fondunun yaradılması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın, həmçinin “Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə”, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə”, eləcə də “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramlarının təsdiq olunması gənclərimizə xüsusi diqqət və qayğının göstəricisi olmaqla yanaşı, ölkə başçısının Azərbaycan gəncliyinin inkişafına və gənclər siyasətinin əhəmiyyətinə verdiyi önəmin bariz nümunəsidir.
Bütün bunlar gənclərin təşəbbüskarlığı və fəallığını, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolunu gündən-günə artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyini möhkəmləndirir. “Eurovision 2012” beynəlxalq mahnı müsabiqəsi, “Bakı-2015” I Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları və artıq 3-cü dəfə keçirilən Formula-1 Bakı Qran Prisi ölkəmizdə könüllülük hərəkatının daha böyük vüsət almasına yol açmışdır. Qeyd etmək lazımdır ki, könüllülük fəaliyyəti gənclərin fərdi inkişafında əvəzsiz rol oynayaraq fəaliyyət göstərdikləri müddət ərzində yeni bilik və bacarıqlara yiyələnmələrinə, dünyagörüşlərini daha da artırmalarına, dil biliklərini gücləndirmələrinə və öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmələrinə şərait yaradır.
Kamil Yaqubov
Suraxanı Gənclər Evinin
metodisti, YAP Suraxanı
rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

