Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə fləşmob keçirilib
08.08.2018 [09:03]
Avqustun 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Hüseyn Cavid parkında plastik tullantıların ətraf mühitə təsirinin azaldılmasına və 12 avqust “Xəzər günü”nə həsr olunmuş fləşmob keçirilib.
AZƏRTAC xəbər verir ki, sosial aksiyada ETSN ilə yanaşı, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Yasamal Rayon İcra Hakimiyyətinin, “AzEkol” Məhdud Məsuliyyətli Cəmiyyətinin, “Ekosfera” İctimai Birliyinin, “EcoBaku” Ekologiya Klubunun nümayəndələri, ictimaiyyət təmsilçiləri və eyni zamanda, xarici qonaqlar iştirak ediblər.
Ekoloji fləşmobun keçirilməsində məqsəd ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq, əhalini maarifləndirmək və bu işə ictimaiyyəti cəlb etməklə hər kəsi ətraf mühitin qorunmasında töhfə verməyə çağırmaqdır.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, məlum olduğu kimi plastik qab və kütlələr ətraf mühit və ekologiyanın ən problemli sahələrindən biridir. Ötən əsrin ortalarında, təxminən 60-cı illərdə ümumilikdə əgər 1 faiz plastik qablardan istifadə olunurdusa, hazırda bu rəqəm 12 faiz təşkil edir. Bu da bəşəriyyəti narahat edən məsələlərdən biridir. Bu günlərdə respublikamızda günəşli günlərin sayının çox olduğuna görə plastik qablarda saxlanılan suyun tərkibində müəyyən müddətdən sonra dəyişikliklər baş verir. Bu da insan sağlamlığına böyük ziyan vurur. Ümumiyyətlə dünyanın təxminən 40 ölkəsində plastik qabların istifadəsindən kütləvi şəkildə imtina edilib. Bizim də əsas məqsədimiz bu istiqamətdə təbliğatı gücləndirmək və plastik qablardan istifadə sayını azaltmaqdır. Bundan əlavə, plastik qabların Xəzər dənizinə atılması da oradakı canlılar üçün böyük fəlakətlərə səbəb olur.
Qeyd edək ki, ETSN tərəfindən plastik tullantıların ətraf mühitə təsirinin azaldılması, tədricən bu məhsullardan istifadənin məhdudlaşdırılması məqsədilə davamlı olaraq maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri aparılır. Plastik tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi üçün nazirliyin təşəbbüsü ilə artıq Bakı, Sumqayıt, Gəncə, Şabran, Lənkəran və Mingəçevir şəhərlərində xüsusi konteynerlər yerləşdirilib.
Xatırladaq ki, “Xəzər günü” Xəzərətrafı ölkələrin hökumətləri tərəfindən 2006-cı il avqustun 12-də “Tehran Konvensiyası” çərçivəsində ratifikasiya olunduqdan sonra hər il qeyd edilir.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

