/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında memorandum imzalanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında memorandum imzalanıb
17.07.2018 [09:34]
İyulun 16-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında özünüməşğulluq proqramının icrası sahəsində əməkdaşlığa dair memorandumun imzalanması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin aparat rəhbəri vəzifəsini icra edən Anar Əliyev Heydər Əliyev Fondunun yüksək humanizm təcəssümü olan təşəbbüs və layihələrindən danışıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi istiqamətində bir sıra layihələr həyata keçirir. Buna Fondun dəstəyi ilə nazirliyin sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan və müasir tələblərə cavab verən sosial xidmət müəssisələrini misal göstərmək olar. Bakıda yaradılan Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkədə uşaqlar üçün yüksək standartlara uyğun reabilitasiya infrastrukturunun genişlənməsinə imkan yaradıb. Fondun mühüm sosial layihələrindən olan “Məzun evi” Sosial Müəssisəsindəki iki yaşayış binasında valideyn himayəsindən məhrum olan 243 gənc mənzillə təmin edilib.
Tədbir iştirakçılarına məlumat verilib ki, Fondun “Regional İnkişaf” İctimai Birliyi özünüməşğulluq proqramının icrasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlığın növbəti mərhələsində intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Özünüməşğulluq proqramı aztəminatlı ailələr üçün kiçik ailə biznesinə çıxış imkanı yaratmaqla yanaşı, həm də ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlib.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev Fondun ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, eləcə də tariximizin, mədəniyyətimizin, incəsənətimizin, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması istiqamətində müxtəlif proqram və layihələrindən bəhs edib. O, həmçinin Fondun sosial məsələlərin həllinə və həssas əhali qruplarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələn tədbirlərə verdiyi dəstək barədə danışıb.
Vətəndaşların müraciətləri əsasında İctimai Birliyin ölkəmizin regionlarında sosial, səhiyyə, təhsil, turizm, ekologiya və digər sahələrdə həyata keçirdiyi çoxsaylı layihələr barədə danışılarkən bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda aztəminatlı və şəhid ailələri üçün salınmış meyvə bağları özünüməşğulluğun təmin edilməsi və həmin ailələrin maddi rifahının yaxşılaşdırılmasında mühüm rol oynayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə imzalanan əməkdaşlıq memorandumu da özünüməşğulluğa dəstək istiqamətində fəaliyyəti genişləndirmək və regionlarda “Sosial bağlar” layihəsinin birgə həyata keçirilməsi məqsədi daşıyır. Memorandum çərçivəsində regionlarda 125 ailə üçün intensiv meyvə bağlarının, tərəvəz və bostançılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Həmin ailələr üçün qeyd olunan təsərrüfatlar yaradılmaqla yanaşı, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən onlara aqrotexniki qulluq, təlimləndirmə, logistika və hazır məhsulun marketinqinin təşkilində, ailələrin həmin təsərrüfatlardan əldə edəcəkləri gəlirləri istehsalın inkişafına yönəltmələri üzrə onlara təkliflərin verilməsi və digər istiqamətlərdə yardım göstəriləcək.
Sonra memorandum imzalanıb. Sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının rəhbəri vəzifəsini icra edən Anar Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56

