/ / Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
Mirhəsən Seyidov: Gəncə hadisələrinin arxasında Azərbaycanın inkişafını istəməyən qüvvələr dayanır
17.07.2018 [09:28]
Prezident İlham Əliyevin qətiyyətli siyasəti sayəsində Azərbaycan sürətlə inkişaf edərək bölgədə və dünyada gücü iqtisadiyyata, möhkəm ictimai-siyasi sabitliyə və qüdrətli orduya sahib ölkəyə çevrilib. Ölkəmizin əldə etdiyi uğurlar dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də dərindən narahat edir. Həmin çirkin niyyətli qüvvələr ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq üçün hər cür vasitəyə əl atırlar. Gəncədə törədilən hadisələrin arxasında da ölkəmizin uğurlu inkişafını istəməyən qüvvələr dayanır.
Bu fikirləri iyulun 10-da Gəncədə törədilən iğtişaşla bağlı AZƏRTAC-a açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.
Mirhəsən Seyidov bildirib: “Azərbaycanda sabitliyin pozulmasına Ermənistan ilə yanaşı, bəzi qüvvələr də çalışırlar. Onlar unudurlar ki, ölkəmizin ən böyük sərvəti olan sabitliyə, inkişafa, tolerantlığa zərbə vurmaq, ölkədə qarşıdurma yaratmaq istəyənlərə heç bir güzəşt olmayacaq. Biz gənclər bu işdə dövlətimizin, xalqımızın, Prezidentimizin yanındayıq. Əminik ki, heç bir qüvvə bir çox sınaqlardan şərəflə çıxmış xalq-iqtidar birliyini sarsıda bilməz.
Gəncə hadisələrini törədənlərin cinayətkar əməllərinə dini don geydirilməsi absurddur. Bütün dünya bilir ki, Azərbaycan multikultural, tolerant ölkədir. Dövlətimiz bütün dinlərə, dindarlara qayğı göstərir, onların problemlərini həll edir. Digər tərəfdən İslam dini sülh, mərhəmət dinidir. Bizim dinimiz terroru, qətliamı rədd edir. Gənclər təşkilatı olaraq biz gəncləri ayıq-sayıq olmağa, təxribatlara uymamağa çağırırıq”.
Mirhəsən Seyidov qeyd edib ki, Azərbaycan xalqı müdrik xalqdır: “İnanıram ki, xalqımız və ən əsası gənclərimiz imkan verməyəcək ki, məkrli qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə etsin. Bizim əsas amalımız Azərbaycanın müstəqilliyini qorumaq və möhkəmləndirməkdir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz!”
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

