Dövlət Miqrasiya Xidmətində “Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılışı olub
10.07.2018 [09:22]
Dövlət Miqrasiya Xidmətinin (DMX) inzibati binasında “Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılış mərasimi keçirilib. Yay məktəbində Avropanın 17 ölkəsindən olan 100 xarici hüquqşünas-tələbə iştirak edir.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “Beynəlxalq Yay Hüquq Məktəbi”nin açılışı münasibətilə iştirakçılara təbriklərini çatdırıb və tədbirin DMX-də keçirilməsindən məmnunluğunu ifadə edib. Avropalı tələbələrin bu səfərinin ümumilikdə ölkəmiz haqqında, Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat almaq baxımından da yaxşı imkan olduğunu deyən V.Hüseynov iştirakçıların respublikamızda təşkil edilmiş yay məktəbindən razı qalacaqlarına əminliyini diqqətə çatdırıb. Bu platformanın əhəmiyyətini vurğulayan Xidmət rəisi artıq dördüncü dəfə Bakıda təşkil edilən layihənin səmərəsindən bəhs edib.
V.Hüseynov açılış mərasiminin mövzusu olan “Azərbaycanın açıq hökumət modeli: Miqrasiya sahəsində şəffaflıq və açıq hökumət prinsipləri”nin fəlsəfəsi, hüquqi bazası, praktik əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Açıq hökumətin prinsiplərinə və qanunvericiliyə uyğun olaraq DMX tərəfindən ölkəmizə gələn əcnəbilər üçün miqrasiya ilə bağlı prosedurların sadələşdirilməsi məqsədilə görülən işlər diqqətə çatdırılıb. “İstər turist kimi, istərsə də işgüzar səfərə getmək istəyən şəxsin ilk olaraq maraqlandığı məsələlərdən biri də təyinat ölkənin miqrasiya qaydaları olur”, - deyən Xidmət rəisi ölkəmizdə miqrasiya xidmətlərinə rahat çıxış əldə etmək imkanlarını təmin etmək üçün həyata keçirilən islahatlar və tətbiq olunan son yeniliklərdən söhbət açıb.
“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası”nın Azərbaycan nümayəndəliyinin - “ELSA Azərbaycan”ın vitse-prezidenti Çinarə Qasımova bildirib ki, Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas-tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA-ya üzv olub. Azərbaycanlı hüquqşünas-tələbələr bu təşkilatın dəstəyi ilə xaricdə təcrübə keçiblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli “ASAN xidmət” modeli haqqında geniş təqdimatla çıxış edib, “ASAN Viza”nın imkanlarından, yaratdığı məmnunluqdan danışıb.
DMX-nin beynəlxalq əməkdaşlıq idarəsi rəisinin müavini Ülvi Əliyev Azərbaycanda miqrasiya idarəçiliyinə dair təqdimatla çıxış edib.
Açılış mərasimində tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

