Milli Onkologiya Mərkəzində Dünya Səhiyyə Təşkilatının baş direktoru ilə görüş keçirilib
06.07.2018 [09:47]
İyulun 5-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru, doktor Tedros Adhanom Qebreyesus ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl DST-nin baş direktoru və onu müşayiət edən şəxslər MOM-un Uşaq Onkoloji Klinikasında şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrinə baş çəkiblər. Onlar xəstələrin müalicəsində tətbiq edilən müasir avadanlıqla tanış olub, müalicə proseslərini izləyiblər.
Görüşdə akademik Cəmil Əliyev qonaqlara MOM-un elmi-klinik fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində Mərkəz yeni tibb texnikası, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz edilib. Həmçinin onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin olunmasında problemlər aradan qaldırılıb. Mərkəzin əməkdaşları yüksək keyfiyyətli onkoloji xidmətlər göstərir, bu xəstələrdə bədxassəli şişlərin erkən diaqnostikasını, operativ cərrahi, şüa və dərman preparatları ilə müalicəsini həyata keçirir, habelə mövcud müalicə üsullarının təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi tədqiqatlar aparırlar. MOM-un müasir standartlara cavab verən və yaraşıqlı korpusu ən müasir tibbi avadanlıqla təchiz olunub. Hazırda Milli Onkologiya Mərkəzi respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur.
Baş direktor deyib ki, burada aparılan müalicənin əsas məqsədi xəstələrin ömrünün uzadılması, imkan daxilində onların tam şəfa tapmasıdır. Məlumat verilib ki, 1200 yerlik Mərkəz müasir standartlara cavab verən tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub, xəstələrin 35 faizi onkoloji, qalan 65 faizi isə diaqnostik göstəricilər üzrə müalicə alır.
Akademik Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın MOM-un Uşaq Onkoloji Klinikasının yaradılmasında müstəsna xidmətlərini də vurğulayıb.
Diqqətə çatdırılıb ki, son illər MOM onkoloji xəstələrin müalicəsi üçün zəruri olan yeni texnologiyalar istehsal edən dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, 2014-cü il oktyabrın 8-də MOM və bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları hazırlayan və istehsal edən ABŞ-ın “Varian Medikal Sistem” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusuna malik olub. İmzalanmış sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, daha qısa müddətə Azərbaycana müasir texnologiyaların gətirilməsinə, xarici mütəxəssislərlə ətraflı fikir mübadiləsi aparılmasına imkan verir. Həmçinin saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın digər aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir. Bundan başqa, 2015-ci ilin noyabrında Azərbaycan MOM və M.D.Anderson adına Onkoloji Mərkəz (USA, MD Anderson Cancer Center), 2017-ci ilin oktyabrında isə şüa terapiyası zamanı xəstələrin cəlb olunması və yerləşdirilməsini təmin edən sistem və avadanlığın dünyada ən iri təchizatçısı olan Belçikanın “Orfit Industries” şirkəti ilə uzunmüddətli əməkdaşlığa dair müqavilələr imzalanıb.
DST ilə Azərbaycan arasında bir sıra mühüm sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Tedros Adhanom Qebreyesus əlaqələrin gələcəkdə də genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. DST-nin baş direktoru qeyd edib ki, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək səviyyədə müalicəsi üçün yaradılmış müasir şərait dünya standartlarına tam cavab verir. O, burada onkoloji xəstəliyin profilaktikası və müalicəsi üzrə aparılan işləri yüksək qiymətləndirib. “Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir cərgəyə qoymaq olar. Bu gün mən Uşaq Onkoloji Klinikasına baş çəkdim və burada qorxulu xəstəlikdən əziyyət çəkən yeddi-səkkiz yaşlı oğlanla tanış oldum. Bu uşaqla qısa ünsiyyət zamanı mən onun barəsində çox şey öyrəndim: o, ruhdan düşmür və tam müalicə olunacağına inanır, hətta gələcəkdə polis əməkdaşı olmaq istəyir. Bildiyimiz kimi, bir çox valideyn öz uşağının xəstəliyi xəbərinə dözə bilmir. Onlar bu xəbəri aldıqda gələcəkdə nə edəcəklərini və necə yaşayacaqlarını bilmirlər. Lakin sizin həkimlərlə söhbət əsnasında öyrəndim ki, onlar uşaq onkologiyası şöbəsinə gəldikləri zaman müalicə aparıldığını və səhhəti yaxşılaşanları görürlər. Mən onlara ümid və mübarizə aparmağa güc verdiyiniz üçün Sizə və MOM kollektivinə minnətdaram”, - deyə DST-nin baş direktoru əlavə edib.
Görüşdən sonra doktor Tedros Adhanom Qebreyesus Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, MOM-un fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 21:30
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19

