Bakıda “Qarabağ” adlı mobil tətbiqetmənin təqdimatı olub
05.07.2018 [09:12]
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində fəaliyyət göstərən “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzində iyulun 4-də “Qarabağ” adlı mobil tətbiqetmənin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın sədri Lalə Mehdiyeva layihə barədə iştirakçılara məlumat verərək bildirib ki, AGAT Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qarabağ” adlı mobil tətbiqetmə layihəsini həyata keçirir. Layihənin əsas məqsədi dünya mobil tətbiqetmələr sırasında Qarabağla bağlı reallıqların yeni texnologiyalardan istifadə etməklə ictimaiyyətə çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyət göstərən yerli və xarici ekspertlərə, soydaşlarımıza gündəlik xəbər çatdırılmasını asan və rahat yolla təmin etmək, Qarabağ haqqında məlumatları çağdaş dövrün tələblərinə uyğun vahid mobil bazaya yığmaqdır.
Tətbiqetmənin əsas özəlliyi odur ki, Qarabağ haqqında məlumatlar gündəlik yenilənərək istifadəçilərə bildiriş formasında göndəriləcək. Proqram üzərində üç ay iş aparılıb. Mobil tətbiqetmənin daha geniş auditoriyaya yayılması üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə iş görüləcək, bütün dünyada yaşayan azərbaycanlıları cəlb etmək üçün təqdimatlar həyata keçiriləcək. “Qarabağ” adlı mobil tətbiqetmə hazırda üç dildə fəaliyyət göstərir. Lakin gələcəkdə layihə genişlənəcək və dillərin sayı artırılacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev AGAT-ın tədbirlərinin və layihələrinin maraqlı və aktual mövzulara həsr olduğunu qeyd edib. “İlkin mərhələdə layihə ilə tanış olduqda onun aktuallığını anladıq. Hazırda informasiya cəmiyyətində yaşayırıq. Hamımız 90 faiz informasiyanı mobil telefon vasitəsilə sosial şəbəkələrdən alırıq. Televiziya və yazılı mətbuat aktuallığını itirir. Bu baxımdan tətbiqetmə çox aktualdır. Bu layihənin Qarabağla bağlı olması xüsusilə əhəmiyyətlidir. Beynəlxalq ictimaiyyətdə də Qarabağ haqqında müxtəlif dillərdə informasiyanın yayılması çox vacibdir. Bizim hazırda Qarabağ barədə məlumatları operativ şəkildə dünya ictimaiyyətinə təqdim etmək üçün informativ tətbiqetmələrə ehtiyacımız var. Qarabağ mobil tətbiqetməsi bunun üçün yaxşı platformadır. Bu layihənin reallaşması digər QHT və donor proqramlar üçün nümunə ola bilər. Qarabağ mövzusu Azərbaycan hökumətinin siyasətində daim prioritet olaraq qalacaq. Bu istiqamətdə gənclərin reallaşdırdığı hər bir uğurlu layihəyə dəstək verməyə gələcəkdə də hazırıq”, – deyə Vüsal Quliyev diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, bir çox layihələr, festivallar həyata keçirən AGAT fəal təşkilatdır. İnformasiya müharibəsi dövründə belə bir tətbiqetmənin təqdimatı önəmli addımdır.
Azərbaycan Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov deyib: “Bu, çox müsbət haldır ki, mobil tətbiqetmə gənclər arasında yayılacaq. Gənclərin hazırda çox aktiv şəkildə mobil telefonda tətbiqetmələrin istifadəçisi olduğu üçün Qarabağ barədə aktual xəbərlərin yayılmasında fəal iştirak edəcəklər. Bu, AGAT-ın növbəti uğurudur”.
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının katibi Nərgiz Xələf bildirib ki, Şura fəaliyyət göstərdiyi siyasi istiqamətlərdə prioritet hesab etdiyi aktual mövzuları irəli çəkir və maliyyə dəstəyi göstərir. Hazırkı qloballaşan dünyada informasiya texnologiyaları dünyada ünsiyyət dilinə çevrilib. Bu layihə sayəsində Azərbaycana xaricdən qonaqlar gələndə və ya azərbaycanlılar xaricdə olanda tarixi torpaqlarımız olan Qarabağ haqqında məlumat rahat şəkildə təqdim olunacaq. Belə bir layihənin reallaşması Azərbaycan gəncliyinin innovativ beynindən xəbər verir. Dövlətimizin başçısının biz gənclərə verdiyi ismarıclardan biri də bizim informasiya sahəsində hücum vəziyyətində olmağımızdır. O, gələcəkdə Qarabağ mobil tətbiqetməsinin bir neçə dildə yayımlanacağına ümid etdiyini söyləyib.
AGAT-ın informasiya texnologiyaları sektorunun müdiri Malik Məmmədov tətbiqetmə barədə ətraflı məlumat verib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

