Əbdüləziz bin Osman əl-Tuveyciri: Naxçıvan elm və sivilizasiya məkanıdır
23.06.2018 [09:15]
Biz buradan bütün dünyaya bir mesaj göndərərək deyirik ki, Azərbaycan Respublikası, onun ayrılmaz bir parçası olan Naxçıvan sülhün bərqərar olduğu məkan, elm və sivilizasiya məkanıdır. Düşmənlərin bütün əsassız iddialarının əksinə olaraq, bura sivil şəkildə inkişaf edən, zəngin tarixə malik qədim diyardır.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.
Baş direktor qeyd edib ki, Azərbaycan böyük ölkə, azərbaycanlılar böyük xalqdır. Naxçıvan isə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ana vətəni, həm də çoxsaylı maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı məkandır. Bu baxımdan 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin çox sevindirici hadisə olduğunu bildirən Əbdüləziz bin Osman əl-Tuveycri deyib: “Biz bundan şərəf duyur və əminik ki, bu il və gələcəkdə də Naxçıvan zəngin tarixi mirasının dünyaya tanıdılmasında çox işlər görəcək. Çünki Naxçıvanın sahib olduğu zənginlikləri hələ çoxlarına tanıtmağa ehtiyac var. Bu gün biz bu torpaqda yaşamış böyük elm və mədəniyyət xadimləri, memar və filosoflar haqqında çox şeylər öyrənirik. Eyni zamanda, ISESCO-nun qarşısında bu zənginlikləri bütün üzv dövlətlər arasında tanıtmaq məsuliyyəti də yaranır. Bu isə şübhəsiz, simpozium, konfrans, görüşlər və nəşrlər hesabına mümkündür. Mən, şəxsən çox məmnunluqla deyərdim ki, ISESCO ilə Azərbaycan Respublikası arasında çox güclü əlaqələr mövcuddur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəstəyi hesabına bu əlaqələr daha da dərinləşir, genişlənir, daha çox işlər görülür, layihələr həyata keçirilir”.
ISESCO-nun baş direktoru vurğulayıb ki, təşkilat Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında olan dostları ilə gələcəkdə reallıqların dünyaya çatdırılması üçün birgə işləyəcək və keçirəcəyi tədbirlərlə buna nail olmağa çalışacaq. Bu tədbirlər arasında Naxçıvan abidələrinin UNESCO-nun miras siyahısına və ISESCO tərəfindən dəstəklənən İslam dünyası abidələri siyahısına salınması məsələsi əsas prioritetlərdəndir. “Çox şadam ki, bu səfərim mənə Naxçıvanın zənginliklərini öyrənmək baxımından bir fürsət yaratdı və çox yaddaqalan oldu”, - deyə Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

