Türk dünyasının tanınmış simalarından olan Seyfullah Türksoya fəxri doktor adı verilib
12.06.2018 [08:55]
Türk dünyasının tanınmış simalarından olan Seyfullah Türksoya Bakı Avrasiya Universitetinin (BAU) fəxri doktoru adı verilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə təşkil edilən tədbirdə Qafqaz Universitetlər Birliyinin rəhbəri, professor Ramazan Korkmaz, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) rəhbəri Hüseyn Böyükfırat, Xalq şairi Sabir Rüstəmxanlı, qeyri-hökumət təşkilatlarının rəhbərləri və media nümayəndələri iştirak ediblər.
Universitetin xarici əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Səyavuş Qasımov türk dünyası haqqında önəmli layihələrə imza atmış Seyfullah Türksoyun Azərbaycan-Türkiyə qardaşlığının güclənməsi üçün gördüyü işlər barədə geniş məlumat verib. O çıxışında qeyd edib ki, bu gün türkdilli dövlətləri dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri birləşdirir. Ən yüksək zirvədə duran Türkiyə-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu münasibətlərə gözəl nümunədir. Qeyd olunub ki, bu əlaqələr birgə tarixi köklərimiz, etnik mənsubiyyətimiz, dilimiz, dinimiz, mədəniyyətimiz və ənənələrimiz kimi çox mühüm amilləri şərtləndirir.
Daha sonra Qafqaz Universitetlər Birliyinin rəhbəri, professor Ramazan Korkmaz Seyfullah Türksoyun fəaliyyətinə böyük dəyər verən Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. Professor qeyd edib ki, sovetlər birliyi dönəmində türk sözünü dilə gətirməyin suç olduğu bir zamanda Seyfullah Türksoyun Azərbaycan və Türkiyə üçün gördüyü işlərin qiyməti ölçüyəgəlməzdir.
Tədbirdə Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli Seyfullah Türksoya fəxri doktor diplomunu və medalını təqdim edib.
Təqdimatdan sonra qonaqları qəbul edən rektor türk dünyasının önəmli isimləri sırasında Seyfullah Türksoyu görməsindən məmnunluğunu ifadə edib.
Nazim Hüseynli türk dünyası birliyinin qurulmasının bütün türk aydınlarının üzərinə düşən bir vəzifə olduğunu deyib və bu istiqamətdə yorulmadan böyük işlər görən Seyfullah Türksoya cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57

