/ / Laos nümayəndə heyəti Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
Laos nümayəndə heyəti Azərbaycanda qadın və uşaq hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
23.05.2018 [09:50]
Mayın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Hicran Hüseynova iqtidar partiyaları olan Yeni Azərbaycan Partiyası (YAP) və Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığı yüksək dəyərləndirib. Bildirib ki, hər iki partiya qadınların ictimai fəallığına daim dəstək verir.
Bu il ölkəmizdə bir sıra önəmli tarixlərin qeyd olunduğunu bildirən Hicran Hüseynova müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixindən danışıb. O, Azərbaycanda hətta bir sıra Avropa ölkələrindən əvvəl qadınlara səsvermə hüququnun verilməsinin önəmini qeyd edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda qadın hərəkatına daim dəstək verdiyini vurğulayan komitə sədri bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Söhbət zamanı nümayəndə heyətinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlər və qurumun beynəlxalq əlaqələri haqqında da məlumat verilib. H.Hüseynova Xocalı soyqırımı törədilən zamanı ermənilər tərəfindən qəddarlıqla öldürülən uşaqlara dair kitabı Sounton Sayaçaka təqdim edib.
Komitə sədri ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi məsələsinin prioritet istiqamətlərdən olduğunu deyib. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını qeyd edib.
Laos Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri Sounton Sayaçak Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. O, ötən gün Yeni Azərbaycan Partiyası ilə Laos Xalq İnqilabı Partiyası arasında əməkdaşlığa dair Memorandumun imzalanmasının əhəmiyyətini vurğulayıb.
Sounton Sayaçak bildirib ki, vaxtilə Bakıda təhsil almış laoslular sırasında o, özü də olub. Qeyd edib ki, həmin vaxtdan keçən illər ərzində Bakı çox dəyişib və daha da gözəlləşib. O, Azərbaycanın dinamik inkişafının Laos xalqını sevindirdiyini söyləyib. Vurğulayıb ki, Laos və Xalq İnqilabı Partiyası Mərkəzi Komitəsi Azərbaycan ilə hərtərəfli əməkdaşlıqda maraqlıdır.
Görüşdə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini, həyata keçirilən müvafiq layihələrdə səmərəliliyin artırılması ilə bağlı müzakirələr aparılıb.
YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva görüşdə iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

