/ / Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri müzakirə edilib
Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri müzakirə edilib
23.05.2018 [09:35]
Dövlət Miqrasiya Xidmətində (DMX) Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı fəaliyyət göstərən işçi qrupun iclası keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Xidmətin rəhbərliyi, qaçqınların problemləri ilə əlaqəli olan müxtəlif dövlət qurumlarının məsul əməkdaşları, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, Azərbaycanla mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin milli əlaqələndiricisi və DMX yanında İctimai Şuranın üzvü iştirak ediblər.
İclasda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov işçi qrupunun hər görüşünün konkret nəticəsi olmasının zəruriliyini vurğulayaraq, üçüncü görüşdə də məhsuldar və faydalı müzakirələrin aparılacağına əminliyini ifadə edib. Xidmət rəisi qeyd edib ki, DMX işçi qrupunun fəaliyyətinə daim dəstək verəcək. Çünki həm dövlət qurumlarının, həm də beynəlxalq tərəfdaşların bu platformada təmsil olunması bizim üçün çox vacibdir.
Diqqətə çatdırılıb ki, üçüncü iclasın məqsədi qaçqın statusu verilmiş şəxslərin Azərbaycanda olacaqları müddətdə onlar üçün yaradılmış münbit şəraitin daha da təkmilləşdirilməsi, mövcud qanunvericilik aktlarında və beynəlxalq konvensiyalarda əksini tapan sosial-iqtisadi və insan hüquqlarının təşviq edilməsidir. V.Hüseynov deyib: “Elə bir mexanizm yaradılmalıdır ki, qaçqın statusu verilmiş şəxslərin məşğulluq məsələsində, sosial qayğılarının diqqətdə saxlanımasında dövlətlə yanaşı, beynəlxalq tərəfdaşlar və vətəndaş cəmiyyəti institutları da yaxından iştirak etsinlər”.
Xidmət rəisi vurğulayıb ki, indiyədək DMX-nin rəhbərliyi ilə işçi qrupunun “Azərbaycanda qaçqınların əmək bazarına və sosial təminat sisteminə çıxışı” və “Yol sənədi və qaçqın vəsiqəsi ilə bağlı” mövzularda iki iclası keçirilib. Bugünkü iclasda isə “Azərbaycanda qaçqın statusu almış şəxslərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi istiqamətində əldə olunmuş uğurlar və qaçqınların inteqrasiya siyasətinə dair “Yol xəritəsi” üçün tövsiyələr” adlı sənəd müzakirə edilir.
Xatırladaq ki, “Yol xəritəsi” sənədində Azərbaycanda qaçqınların inteqrasiyası üçün yaşayış sahəsi ilə təmin olunma imkanı, təhsilə çıxış imkanı, əmək bazarına çıxış imkanı və mədəniyyətlərarası dialoqun genişləndirilməsi olmaqla dörd əsas sahə müəyyənləşdirilib.
BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio De Angeles bildirib ki, müzakirə olunan mövzuya çoxtərəfli yanaşma tələb olunur. Qaçqın mövzusu qlobal proses olduğu üçün biz beynəlxalq diqqətin bu məsələyə yönəldilməsinə və dünyada bu sahə ilə bağlı yaxşı təcrübənin Azərbaycana gətirilməsinə dəstək verəcəyik. O, bu həssas kateqoriyadan olan insanlara göstərilən münasibəti və iclasda müzakirə edilən sənədin əhəmiyyətini vurğulayıb.
Azərbaycan ilə mobillik naminə tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE)” layihəsinin milli əlaqələndiricisi Elnur Nəsibov “Yol xəritəsi” barədə təqdimatla çıxış edib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq tövsiyəsinə uyğun olaraq, Azərbaycanda qaçqın statusu verilmiş əcnəbilərin inteqrasiyası və sosial müdafiəsi məsələləri ilə bağlı 2016-cı ilin sonlarında müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi, Nazirlər Kabineti Aparatının, Xarici İşlər, Daxili İşlər, Ədliyyə, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Maliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətli nümayəndələri daxildir.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

