Uğura aparan yol
23.05.2018 [09:31]
Məlum olduğu kimi, Azərbaycanda daha bir imtahan həyəcanı geridə qalıb. Belə ki, 2018-2019-cu tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi etməyə başlayıblar.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə isə 5 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. I və IV ixtisas qrupları üzrə imtahan nəticələrinin isə yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Beləliklə, ənənəyə sadiq qalaraq, 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. Belə ki, III ixtisas qrupu üzrə maksimum nəticə əldə edən rekordçulardan biri də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Xəyyam Sultanlıdır: “İmtahana bir neçə gün qalmış gözümə yuxu getmirdi. İmtahan zamanı sual kitabçasını gördükdən sonra bütün narahatlıqlarım yox oldu. İlk növbədə, bütün sualları diqqətlə oxumağa çalışdım. Adətən, bildiyimiz suallarda çox vaxt mexaniki yanlışlıqlara yol veririk. Sualları 1 saat yarım ərzində çox rahatlıqla cavablandırdım. İmtahan zamanı əsas məqam diqqəti cəmləməkdir. Bunun üçün boş vaxtlarımda şahmatla məşğul olurdum. Bildiyiniz kimi, şahmat bütün fikrinizi toplamağa və yaddaş qabiliyyətinizin artmasına kömək edir. Təəssüf ki, sinif yoldaşım Ənvər sadəcə bir sualda etdiyi diqqətsizliyə görə 700 bal toplamaq şansını itirdi. O da mənim kimi bu gün rekordçular sırasında yer tutmağa layiq idi. Ona görə də abituriyentlərə əsas məsləhətim odur ki, sadəcə diqqətli olsunlar”.
Xatırladaq ki, həmsöhbətim Gələcək Liderlərin Mübadiləsi (Flex) Proqramının xətti ilə Amerikada təhsil almaq şansı da əldə edib. Belə ki, Azərbaycandan olan 11-ci sinif şagirdləri üçün ABŞ-da bir tədris ili müddətində amerikalı ailədə yaşamaq və Amerika orta məktəbində təhsil almaq imkanı verən təqaüdlər təqdim edilir. Təqaüdçülərdən biri də Xəyyam Sultanlıdır.
Müsahibim seçəcəyi universiteti hələ tam müəyyənləşdirməsə də, təhsilini hüquq ixtisası üzrə davam etdirmək istədiyini deyir: “İELTS imtahanından 7 bal, SAT imtahanından isə 1310 bal topladım. Bilirik ki, xaricdə təhsil almaq üçün dil bilgisi əsas şərtdir. Magistr təhsilimi də xarici ölkədə davam etdirməyi düşünürəm. Daha sonra ölkəmə qayıdıb bilik və bacarığımı burada tətbiq etmək istəyirəm”.
II ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri də Cahan Haşımzadədir. Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın şagirdi olan Cahan düzgün motivasiya və sistemli çalışaraq hər bir abituriyentin bu nəticəni əldə edə biləcəyini söyləyir: “Sualları çox rahatlıqla cavabladım. 700 bal toplayacağıma əmin idim. Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam. Gələn il tələbə adını qazanmaq arzusunda olan abituriyentlərə də demək istəyirəm ki, sistemli və nizamlı şəkildə dərslərini oxusunlar. Ən gözəl istirahət açıq havada gəzintidir. Sosial şəbəkələrdən, telefon və televizordan, bir sözlə, əyləncələrdən qısa müddətlik uzaq dursunlar. Bu nəticə onlar üçün də əlçatan olacaq”.
Musiqiçi ailəsində dünyaya gələn Cahan asudə vaxtlarını pianinoda ifa edərək və rəsmlər çəkərək keçirdiyini, bu yolla özünü motivasiya etdiyini deyir. Rekordçumuz İqtisadiyyat Universitetini seçəcəyini deyir: “Bu gün rəhbərliyin dəvəti ilə İqtisadiyyat Universitetində birgünlük tələbə olmaq imkanı əldə etdim. İqtisadiyyat və ingilis dili dərslərində iştirak etdim. Orada həmçinin ötən il 700 bal toplayan Cavad və Arzu ilə də görüşmək imkanım oldu. Məktəb partasından tələbə partasına keçid mənim üçün ifadəolunmaz duyğu idi”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42

