Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub
22.05.2018 [09:25]
Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayder Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, konfrans çərçivəsində nazir Sahil Babayev ilə Qay Rayder arasında görüş keçirilib.
Nazir Qay Rayderin ölkəmizə səfərindən məmnunluğunu ifadə edib və respublikamızın BƏT-ə üzv olduqdan sonrakı dövrdə təşkilatın baş direktorunun Azərbaycana ilk səfəri olduğunu bildirib. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin uğurları barədə məlumat verən nazir əldə edilən iqtisadi nailiyyətlərin, ilk növbədə, vətəndaş rifahına xidmət etdiyini, iqtisadi islahatların sosialyönümlü xarakter daşıdığını və məşğulluq amilinin həmin islahatlarda diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Sahil Babayev Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərin icrası, o cümlədən hər kəs üçün tam və səmərəli məşğulluğun təmin olunması istiqamətində məqsədyönlü dövlət siyasətinə malik olduğunu və bu sahədə BƏT-lə də faydalı əməkdaşlıq müstəvisinin formalaşdığını bildirib.
Nazir 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramında əhatə olunan prioritetlərlə bağlı əməkdaşlığın, əmək müfəttişliyi sisteminin və məşğulluq xidmətlərinin təkmilləşdirilməsi, qeyri-rəsmi məşğulluq hallarının aradan qaldırılması, özünüməşğulluq proqramının icrası və genişləndirilməsi, əmək bazarının tənzimlənməsi kimi vacib istiqamətlərdə əməkdaşlıq təcrübəsinin gələcəkdə uğurla davam etdiriləcəyini qeyd edib.
BƏT-in baş direktoru Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, yoxsulluğun azaldılması, məşğulluğun təminatı sahəsində Azərbaycanda əldə olunan nailiyyətləri yüksək dəyərləndirib. O, BƏT-in qlobal əhəmiyyət kəsb edən təşəbbüsləri və layihələri ilə əlaqədar ölkəmizin daim fəal və işgüzar mövqe tutmasından və bu təşkilatla səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edib. Q.Rayder Azərbaycanda dayanıqlı inkişaf şəraitində əmək və məşğulluq sahəsində həyata keçirilən məqsədyönlü islahatların bundan sonra da BƏT tərəfindən dəstəklənəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə BƏT arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib, əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsinə dair yekdil fikir ifadə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

