“700 bal sadəcə, uğurun başlanğıcıdır”
22.05.2018 [09:15]
Azərbaycanda daha bir imtahan həyəcanı geridə qalıb. Belə ki, 2018-2019-cu tədris ili üçün ixtisas qrupları üzrə keçirilən birinci (yaz) qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq ixtisas seçimi etməyə başlayıblar.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə isə 5 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. I və IV ixtisas qrupları üzrə imtahan nəticələrinin isə yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. II ixtisas qrupu üzrə maksimum nəticə əldə edən rekordçulardan biri Jalə Rəcəbovadır. Xatırladaq ki, Xaçmaz rayonunun tarixində ilk dəfə olaraq Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb-liseyin XI sinif şagirdi ali məktəbə qəbulda maksimum nəticə əldə edərək 700 bal toplayıb. Coğrafiya fənni üzrə respublika fənn olimpiadalarının qalibi adını qazanan Jalə dəfələrlə müxtəlif müsabiqələrdə iştirak edib. O cümlədən “Mən Azərbaycanlıyam” milli intellektual yarışmasının qalibi olub, “Ədəbiyyat biliciləri” respublika müsabiqəsində isə 2-ci yeri tutub.
Redaksiyamızın qonağı olan J.Rəcəbova əməkdaşımızla söhbətində imtahana necə hazırlaşmasından danışıb: “Bütün imtahan boyu abituriyentə lazım olacaq iki nüans var ki, biri həyəcanı dəf etmək, ikincisi isə diqqətli olmaqdır. İmtahan günü həyəcanım minimum səviyyədə idi. Özüm də buna çox təəccübləndim. İlk növbədə, bütün sualları diqqətlə oxumağa çalışdım. Adətən bildiyimiz suallarda çox vaxt mexaniki yanlışlıqlara yol veririk. İmtahanın əvvəllərində asan sualları, daha sonra isə çətin və çox vaxt apardığını hesab etdiyim fənlərin suallarını cavablamaqla davam etdim. Son saata saxlamadım, çünki yorğunluqdan səhvə yol verə bilərdim. Əslində, xırda nüans kimi görünsə də, imtahan zamanı düzgün vaxt bölgüsü çox önəmli faktordur”.
2017-ci ilin dekabrından Avropa Gənclər Parlamentinin üzvü olan J.Rəcəbova ABŞ-da təşkil olunan Qafqaz Gənc Liderlər proqramının iştirakçısı olub, İndiana Universitetində biznes və sahibkarlıq dərsləri alıb, proqramı Gürcüstanda müvəffəqiyyətlə bitirərək xüsusi sertifikata yiyələnib.
Abituriyent seçəcəyi universiteti hələ tam müəyyənləşdirməsə də, təhsilini maliyyə ixtisası üzrə davam etdirmək istədiyini deyir.
45 nömrəli tam orta məktəbin şagirdi Elvin Kərimli də həmin rekordçular siyahısına adını yazdıranlardan biridir. III ixtisas qrupu üzrə maksimum nəticə əldə edən Elvin 2017-2018-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında tarix fənni üzrə bürünc medalın sahibi, Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Əlaçı” intellektual yarışmasının isə qalibi olub.
Oxucularımızla öz təəssüratlarını bölüşən həmsöhbətimizin sözlərinə görə, bu göstərici, sadəcə, uğurun başlanğıcıdır: “Çox vaxt deyirlər ki, 700 bal toplamaq şans məsələsidir. Qətiyyən bu fikirlə razı deyiləm. Kiçik yaşımın olmasına baxmayaraq, artıq böyük hədəflərim var idi. Mən olduqca prinsipial biriyəm və hər zaman ən yaxşısını əldə etmək istəmişəm. III ixtisas qrupunu seçməyimə baxmayaraq, bütün fənləri yaxşı oxuyurdum. Fizika, biologiya və riyaziyyat fənlərindən keçirilən olimpiadalarda yüksək yerləri əldə etdim. Son iki ildə isə öz qrup fənlərimə xüsusi diqqət ayırmağa başladım. İntensiv olaraq dərslərimlə məşğul oldum. Dərslərimdən boş qalan vaxtı şahmat oynamaqla keçirdim. Sonuncu sınaq imtahanında da 700 bal topladım. İmtahan zamanı bu göstəricini bir daha təkrarlayacağıma əmin idim. Təhsil aldığım məktəb üzrə 700 balı ilk mən topladım. Bundan sonra da böyük hədəflərim var. Gələcəyin hüquqşünası olmaq və insanlara layiqli xidmət etmək istəyirəm. Bir sözlə, 700 bal mənim üçün, sadəcə, uğurun başlanğıcıdır”.
Öz sevincini bizimlə bölüşən abituriyentin atası Eyvaz Kərimli bildirib ki, bəzi hisslər var ki, onu sözlə izah etmək mümkün deyil. Hazırda gözəl və fəxr ediləsi hisslər keçirdiyini söyləyən E.Kərimli oğlunun hər zaman dərslərinə məsuliyyətlə yanaşdığını bildirib. Elvinin bu cür gözəl nəticəyə imza atmasında təhsil aldığı məktəbin və müəllimlərinin böyük rollarının olduğunu vurğulayıb. Qeyd edib ki, yaradılan əlverişli mühit gənclərimizin daha yaxşı oxumasını, təhsilə daha diqqətlə yanaşmasını şərtləndirib.
Qeyd edək ki, ikinci imtahan isə I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da keçiriləcək.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

