AMEA-da elmi konfrans: Heydər Əliyev irsi: ənənə və müasirlik
09.05.2018 [14:25]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev irsi: ənənə və müasirlik” mövzusunda elmi konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın memarı və qurucusu olduğunu söyləyib. Qeyd olunub ki, Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə iqtisadi, siyasi, elmi, mədəni, ordu quruculuğu və digər sahələrdə bir çox uğurlar əldə edilib, Azərbaycanı müasir inkişafa aparan “Əsrin müqaviləsi” imzalanıb.
İnstitutun direktoru Heydər Əliyevin elm və təhsil məsələlərinə daim xüsusi diqqət yetirdiyini və 1960-1970-ci illərdə Azərbaycan gənclərinin SSRİ-nin ən aparıcı universitetlərində təhsil almalarına imkanlar yaratdığını vurğulayıb. O, Ulu öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gələndən sonra ilk görüşünü məhz AMEA-da Azərbaycan ziyalıları ilə keçirməsini bu diqqətin məntiqi davamı olduğunu deyib.
Konfransın mövzusuna toxunan İ.Məmmədzadə Ulu öndər Heydər Əliyevin hər zaman xalqımızın adət-ənənələrinə hörmətlə yanaşdığını, eyni zamanda, ölkəmizi inkişafa aparan və beynəlxalq arenalarda söz sahibinə çevirən müasir yanaşmalara da xüsusi önəm verdiyini vurğulayıb.
İnstitutun direktoru Ulu öndərin zəngin fəaliyyətindəki ənənə ilə müasirlik çalarlarının növbəti illərdə rəhbərlik etdiyi müəssisə tərəfindən araşdırılacağını diqqətə çatdırıb.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova insanların gələcəyə ruhlandırılması və çətin məqamlarda çıxış yolunun tapılması qabiliyyətinin liderliyin əsas xüsusiyyətləri olduğunu və bu nüansların Ulu öndər Heydər Əliyevdə cəmləşdiyini bildirib. O, dahi şəxsiyyət Heydər Əliyevin insan kapitalına daim önəm verdiyini və ölkəmizin bugünkü inkişafının təməlində Ümummilli liderin sadə vətəndaşlarla görüşü zamanı onları gələcəyə ruhlandırmasının dayandığını deyib.
F.Xələfova daha sonra Ulu öndərlə bağlı xatirələrini bölüşüb.
Konfransda, həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin “Heydər Əliyevin siyasi irsi: millilik və bəşərilik”, fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın “Heydər Əliyevin ulu öndərlik missiyası” və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənovun “Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası: güclü dövlətçiliyin avanqardı” mövzularında məruzələri dinlənilib.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

