Azərbaycan Türkiyə İşadamları Birliyinin Ümumi Yığıncağı keçirilib
11.05.2018 [16:49]
Erkan Özoral: ATİB hər zaman milli olub, hər zaman Türkiyənin və Azərbaycanın xeyrinə çalışıb
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Ümumi Yığıncağı keçirilib. Hər iki ölkənin dövlət himnlərinin oxunması və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan yığıncaqda prosedura uyğun olaraq iclasın sədri və katiblər seçilib, həmçinin gündəlik təsdiq edilib.
Sonra söz qonaqlara verilib. Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iş adamlarının iki ölkə arasında münasibətlərin möhkəmlənməsindəki fəaliyyətindən danışıb, bu istiqamətdə ATİB-in özünəməxsus rol oynadığını deyib: "ATİB qurulduğu gündən etibarən iki ölkə arasındakı münasibətlərin inkişafında əsaslı rol oynayaraq bu sahədə müxtəlif layihələr həyata keçirib. Başqa qurumlardan fərqli olaraq ATİB-in bir hədəfi olub. ATİB hər zaman milli olub, hər zaman Türkiyə və Azərbaycanın xeyrinə çalışıb. ATİB-in tək məqsədi Türkiyənin və Azərbaycanın işadamlarını bir araya gətirərək hər iki ölkənin faydasına olacaq işlər görməkdir".
İclasda həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, DEİK Türkiyə-Azərbaycan İş Konseyi Sədri Selçuk Akat, AZPROMO prezidenti Rüfət Məmmədov, TÜİB sədri Hüseyn Büyükfırat, eləcə də nazirliklərin nümayəndələri çıxış edərək ATİB haqqında fikirlərini bildirib, quruma gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Daha sonra birliyin 2017-ci il üzrə hesabatı, həmçinin 2018-ci il üçün nəzərdə tutulan büdcəsi təsdiqlənib və yeni İdarə Heyətinin üzvləri seçilib. Eyni zamanda, Cemal Yangın yenidən ATİB sədri seçilib. Yenidən göstərilən etimada görə birlik üzvlərinə minnətdarlığını çatdıran Cemal Yangın eyni zamanda, iş adamlarına verilən dəstək üçün Azərbaycan və Türkiyənin dövlət nümayəndələrinə təşəkkür edib. Çıxışında o, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Azərbaycanın və Türkiyənin iş adamlarına üçüncü ölkələrlə çalışmaq barədə verdiyi tövsiyəni xatırladaraq bildirib ki, artıq ATİB bu məqsədə doğru irəliləyir: "Bu gün artıq üçüncü ölkələrdə iş görürük. Hədəfimiz həm ölkəmizdə, həm də üçüncü ölkələrdə sərmayələrimizi artırmaqdır".
Qeyd edək ki, 2004-cü ildə təsis olunan dərnəyin hazırda 78 üzvü var.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

