Bir qrup xarici jurnalist Tərtər rayonuna səfər edib
14.04.2018 [10:15]
Prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycana gəlmiş bir qrup xarici jurnalist cəbhə xəttində yerləşən kəndlərdə əhalinin yaşayışı, məcburi köçkünlər üçün yaradılan şəraitlə yaxından tanış olmaq məqsədilə aprelin 13-də Tərtər rayonuna səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “The Jerusalem Post”, “Hill and Fox News Latino”, “Agenzia Nova” və “Report Difesa” media qurumlarının nümayəndələri əvvəlcə Tərtər rayon İcra Hakimiyyətində olublar.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara rayon haqqında ətraflı məlumat verib. Bildirib ki, Tərtər düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin mütəmadi pozulması nəticəsində rayonun inzibati və yaşayış binalarına, əkin sahələrinə, mal-qaraya ciddi ziyan dəyir, əhalinin məişət işləri ilə məşğul olmasında çətinlik yaranır. Eyni zamanda, düşmənin təxribatları dinc sakinlər arasında xəsarət almalara və ölüm hallarına səbəb olur. İşğal altında olan ərazilərdə yay aylarında ermənilər tərəfindən yanğınların törədilməsi ətraf mühitə ziyan vurmaqla yanaşı, yırtıcı heyvanların və həşəratların rayon ərazisinə kütləvi miqrasiyasına gətirib çıxarır. Nəticədə taxıl zəmiləri və digər kənd təsərrüfatı məhsulları ziyanvericilər tərəfindən məhv edilir. Ermənilər işğal altında saxladıqları Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısını suvarma dövründə kəsirlər ki, bu da əkin sahələrinin suvarılmasında çətinliklər törədir. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Çaylar vasitəsilə rayon ərazisinə partladıcı maddələr də axıdılır.
Müstəqim Məmmədov təəssüf hissi ilə qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz torpaqlarının işğal altında saxlanılmasına, əsrin faciəsi olan Xocalı soyqırımının törədilməsinə, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, hələ də qərb dövlətləri və beynəlxalq təşkilatlar Ermənistanın bu hərəkətlərinə laqeyd yanaşırlar.
Görüşdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb. Qonaqlar səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıqlarını bildiriblər.
Xarici jurnalistlər sonra rayonun təmas xəttində yerləşən Qapanlı kəndində sakinlərlə görüşüb, məcburi köçkünlər üçün inşa edilən 1176 ailəlik yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, Qarabağa köçürülmələrinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30

