Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Rabatda bir sıra görüşlər keçirib
23.02.2018 [10:14]
Xəbər verdiyimiz kimi, fevralın 21-22-də Rabat şəhərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçirilib.
Konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya, Mərakeşin Turizm Nazirliyinin hava nəqliyyatı, əl sənətləri və sosial iqtisadiyyat məsələləri üzrə dövlət katibi Jamila Əl Mossalli, Tunisin qadın, ailə və uşaq naziri Neziha Labidi, Mərakeşin həmrəylik, qadın, ailə və sosial inkişaf naziri Bassima Hakkaoui, Fələstinin sosial inkişaf naziri İbrahim Əl-Şaer, Pakistanın Federal və Peşə Təhsili Nazirliyinin katibi Aamir Aşraf Xavaja, Malinin qadın, uşaq və ailə naziri Traore Oumou Toure ilə görüşləri olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri Hicran Hüseynova görüşlərdə ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi məsələsinin prioritet istiqamətlərdən olduğunu deyib. H.Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində bu gün ölkəmizdə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını qeyd edib. Bildirib ki, uşaqların sağlamlığının qorunması, xüsusi qayğıya ehtiyacı olan balacaların cəmiyyətə inteqrasiyası ilə bağlı Azərbaycan dövləti tərəfindən çoxsaylı layihələr həyata keçirilir, nailiyyətlər əldə olunur.
Eyni zamanda, görüşlərdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmini, ölkəmizdə qadınların müxtəlif sahələrdə, eləcə də iqtisadiyyatda, biznes təsisatlarında uğurla təmsil olunduğunu diqqətə çatdırıb. Həmçinin Azərbaycanda qadın sahibkarlığının inkişafına dövlət dəstəyini, ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının əhəmiyyətini qeyd edib. Xüsusilə kiçik və orta biznesin inkişafı, qadın resurs mərkəzləri, regionlarda qadın sahibkarlığının gücləndirilməsi barədə ətraflı məlumat verib. O, kənd və rayonlarda yaşayan qadınların sosial-iqtisadi fəallığının artırılması məqsədilə həyata keçirilən tədbirləri xüsusi vurğulayıb.
Komitə sədri keçirdiyi görüşlərdə Azərbaycanın müharibə şəraitində yaşadığını, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, onların da çoxunun qadın və uşaqlar olduğunu diqqətə çatdırıb.
Həmçinin ikitərəfli əməkdaşlığın gücləndirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

