Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan ilə Qətər arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var

Azərbaycan ilə Qətər arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var

16.02.2018 [10:03]

Fevralın 15-də Bakıda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə iqtisadi, ticarət və texniki Komissiyanın hər iki tərəfdən olan nümayəndə heyətlərinin iştirakı ilə növbəti ekspert görüşü keçirilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş birinci iclasının yekunlarına dair Protokolun icra vəziyyəti, iqtisadi, ticari və texniki sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu vurğulanıb.
Görüşdə, həmçinin hər iki ölkənin müvafiq qurumlarının nümayəndələri arasında gələcək əməkdaşlığın prioritetlərinə dair fikir mübadiləsi aparılıb və Komissiyanın növbəti iclasının təşkilinə dair məsələlər müzakirə edilib.

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31