Azərbaycan veteranları prezident seçkilərində fəal iştirak edəcəklər
15.02.2018 [10:37]
Fevralın 14-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı ümumi yığıncaq təşkil edilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov ölkəmizdə keçirilən bütün seçkilərdə veteranların fəal iştirak etdiklərini bildirib. O, aprelin 11-də keçiriləcək prezident seçkilərində də bu fəallığın yüksək səviyyədə olacağına əminliyini ifadə edib.
Tofiq Ağahüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan danışıb, Azərbaycanın dünyanın iqtisadi cəhətdən sürətlə inkişaf edən, mütərəqqi, sivil dəyərlərə malik ölkə kimi tanındığını vurğulayıb. Bütün sahələrdə ildən-ilə inkişaf edən Azərbaycanın hərbi qüdrəti də artır, ordumuz güclənir və bu, bizdə erməni işğalında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Xalqın rifahının və sosial vəziyyətinin yaxşılaşması, o cümlədən veteranlara göstərilən qayğı və diqqətin getdikcə yüksəlməsi, eləcə də digər istiqamətlərdə qazanılan nailiyyətlər bizi növbəti seçkilərdə yenə də İlham Əliyevə səs verməyə sövq edir.
Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov seçkilərlə əlaqədar qurumun qarşısında duran vəzifələrdən, veteranların bu işdə daha yüksək fəallıq göstərmələrinin əhəmiyyətindən danışıb. O, seçkilərdə iştirak və təbliğat işinin təşkili ilə bağlı məsələlərdə yerli təşkilatlara lazımi köməyin göstərilməsinin, hamını səsvermə günü seçki məntəqələrinə gedərək vətəndaşlıq borcunu yerinə yetirməsinin vacibliyini qeyd edib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyev veteranlara dövlət qayğısı siyasətinin müasir mərhələdə inkişafı üçün çox böyük işlər görüb. Onun imzaladığı dövlət proqramları və sərəncamlar əsasında xüsusilə müharibə veteranları hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Veteranlara prezident təqaüdünün verilməsi, hər il 9 May - Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, fəal veteranların orden və medallara layiq görülməsi və həyata keçirilən başqa tədbirlər bunun parlaq sübutlarıdır. İlham Əliyev görkəmli dövlət adamı, ictimai xadimdir. Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ən yüksək kürsülərdən Azərbaycanın ədalətli və obyektiv mövqeyini qətiyyətlə səsləndirməsi biz veteranları, Vətənin azadlığı uğrunda həlak olmuş əsgər və zabitlərin ailələrini hədsiz fərəhləndirir və torpaqlarımızın tezliklə işğaldan azad olunacağına inamımızı daha da artırır.
Veteranların layiqli namizədi olan Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti və mühüm xidmətləri ilə bütün xalqımızın səsini qazanmağa haqqı çatdığını vurğulayan C.Xəlilov səsvermə günü veteranların yenidən öz seçimlərinə sadiq qalacaqlarına əminliyini bildirib. O, əmin olduğunu bildirib ki, veteranlar aprelin 11-də layiqli namizəd İlham Əliyevə səs verəcəklər.
Tədbirdə “Azərbaycan Qarabağ Əlilləri və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü, professor Bəhram Zahidov, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri Fərhad Süleymanov, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev və digər çıxış edənlər də veteranlara göstərilən diqqət və qayğıdan danışıb, onların aprelin 11-də hamılıqla İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verəcəklərini qeyd edib və hamını səsvermə günü fəal olmağa çağırıblar.
Sonda Azərbaycan müharibə veteranları təşkilatlarının ümumi yığıncağının iştirakçıları aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlı bəyanat qəbul ediblər.
Bəyanatda deyilir ki, Prezident İlham Əliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan veteranlara dövlət qayğısı siyasətinin Azərbaycanda müasir mərhələdə daha da inkişaf etdirilməsinə nail olub. Belə ki, Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə qəbul edilən “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapmış diqqət və qayğı İlham Əliyevin prezidentliyi dövründə daha da genişləndirilib. Müntəzəm olaraq imzalanan dövlət proqramları və sərəncamlar əsasında müharibə veteranlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara prezident təqaüdünün verilməsi, hər il 9 May - Qələbə Günü ərəfəsində MDB məkanında ən yüksək birdəfəlik yardım edilməsi, veteran fəallarının orden və medallara layiq görülməsi və başqa xeyirxah işlər bunun parlaq sübutlarıdır.
Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli istiqamətində göstərdiyi səylərin yüksək qiymətləndirildiyi bəyanatda deyilir: “Prezidentimiz münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün bütün zəruri siyasi və diplomatik addımları atır. Respublika veteranları dövlətimizin qarşısında duran taleyüklü məsələlərin həlli üçün özünü doğrultmuş, xalqımız tərəfindən dəstəklənən siyasətin davam etdirilməsini vacib bilirlər. Məhz buna görə biz, respublikamızın bütün bölgələrindəki veteran təşkilatlarını təmsil edən təşkilat olaraq veteranları hamılıqla yerlədə seçkiqabağı tədbirlərdə fəal iştirak və düzgün seçim edib aprelin 11-də İlham Əliyevə - davamlı inkişafa, sabitliyə və Azərbaycanın xoşbəxt gələcəyinə səs verməyə çağırırıq. İnkişaf edən, güclənən, dünyanın qabaqcıl ölkələri sırasında layiqli yer tutan Azərbaycanın sınaqlardan çıxmış lideri İlham Əliyev ölkə veteranlarının layiqli namizədidir. Buna görə bütün veteranları İlham Əliyevə səs verməyə çağırırıq”.
Bəyanatı ümumi yığıncaqda iştirak edən veteran təşkilatlarının rəhbərləri imzalayıblar.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

