Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / 20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb

20 Yanvar tariximizə birlik və şərəf günü kimi yazılıb

20.01.2018 [01:26]

UNEC-də 20 Yanvar şəhidləri anılıb
20 Yanvar hadisələrinin 28-ci ildönümü münasibətilə UNEC-in Memorial-Xatirə Kompleksi önündə tədbir keçirilib. Tədbirdə universitetin kollektivi ilə yanaşı, UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri də iştirak edib.
Öncə vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UNEC-in rektoru, professor Ədalət Muradov 20 Yanvarın Ümumxalq hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi barədə danışan rektor bildirib ki, hadisələrin hüquqi qiyməti məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verilib. Ulu öndər öz həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib və baş verən faciənin obyektiv şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edib.
Şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayan rektor onları universitetin qürur mənbəyi adlandırıb.
UNEC-in əbədi tələbələri, şəhid Etibar Əliyev ilə Habil Əzizovun ailə üzvləri onlarla bağlı xatirələrini bölüşüblər. Onlar bu universitetin tələbəsi olmağı uşaqlıqdan arzu edən gənclərin - şəhidlərin şərəfinə ali təhsil ocağının ən görkəmli yerində xatirə kompleksinin ucaldılmasını və UNEC-in onları daim ehtiramla yad etdiyini vurğulayıblar. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının qanla yazılan şərəfli tarixi olduğunu bildirən şəhid ailələri dövlətin onlara göstərdiyi qayğı və diqqəti yüksək qiymətləndiriblər.

Paylaş:
Baxılıb: 581 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31