/ / Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb
Oleq Yuryeviç: Azərbaycanda bütün dini konfessiyalar və xalqların nümayəndələri üçün tolerant mühit yaradılıb
15.12.2017 [10:11]
Yeddinci Günün Adventistləri Kilsəsinin Ümumdünya Cəmiyyətinin ictimai əlaqələr və din azadlığı şöbəsinin rəhbəri Qanun Diopun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olub.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, DQİDK-nın sədri Mübariz Qurbanlı qonaqlara ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində yaranan sabit dini durum və multikultural mühit barədə məlumat verib. O bildirib ki, dünya miqyasında demokratik dəyər kimi təbliğ olunan tolerantlığa xalqımız təkcə hüquq yox, həm də mənəvi dəyər prizmasından yanaşır.
Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icmanın dövlət qeydiyyatına alındığını bildirən Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini, onların dilinə, dininə, mədəniyyətinə xalqımızın daim yüksək qiymət verdiyini və hörmətlə yanaşdığını, dövlət tərəfindən mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə yardımı göstərildiyini vurğulayıb. Mübariz Qurbanlı ölkədəki müxtəlif mədəniyyətlər, dinlər, məzhəblər arasındakı dözümlülük ənənəsinə, milli mənəvi dəyərlərimizə dövlətin verdiyi önəmin təzahürü olaraq 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdırıb.
Rusiya Federasiyasının İctimai Palatasının və Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Əməkdaşlıq Şurasının üzvü Oleq Yuryeviç ölkəmizdə bütün dini konfessiyalar, icmalar və müxtəlif xalqların nümayəndələri üçün mövcud olan tolerant mühitin əyani şahidi olduğunu bildirib. Qonaq əhalisinin 96 faizinin müsəlman olduğu ölkədə bu cür mühitin olmasının dünyada az rast gəlinən hal olduğunu diqqətə çatdırıb.
İkinci dəfə Azərbaycana səfər etdiyini deyən Qanun Diop respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğulayıb. Yeddinci günün adventistləri dini icmasının 100 ildən artıq Azərbaycanda fəaliyyət göstərdiyini qeyd edən Qanun Diop icmanın fəaliyyəti üçün yaradılan azad və tolerant mühitə görə dövlətimizə minnətdarlığını bildirib.
Görüşün sonunda qonaqlara Azərbaycandakı tolerant mühitin əks olunduğu kitablar hədiyyə edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30

