Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin açılışı olub
14.12.2017 [10:06]
Dekabrın 13-də Azərbaycanın Milli Qəhrəmanı, idman ustası, batalyon komandiri Əliyar Yusif oğlu Əliyevin Nərimanov rayonunda şəhidin adını daşıdığı küçədə xatirə lövhəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Nərimanov və Qubadlı rayonlarının rəhbərliyi, Milli Qəhrəmanın ailəsi, yaxınları, döyüş yoldaşları, rayon gəncləri və ictimaiyyətinin qatıldığı tədbirdə əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirə qatılanlar Əliyar Əliyevin şərəfli həyat yolundan danışaraq onunla bağlı əziz xatirələrini bölüşüblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı sərbəst güləş üzrə dəfələrlə SSRİ çempionu, idman ustası Əliyar Əliyevin məşqçi və pəhləvan kimi dəyərli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, Ə.Əliyevin yetirmələri arasında 8 nəfər respublika və SSRİ çempionu, 10-dan çox idman ustası, beynəlxalq turnirlərin qalibləri var.
Diqqətə çatdırılıb ki, torpaqlarımıza erməni təcavüzü başlanan gündən respublikamızda ilk özünümüdafiə batalyonlarından birinin qurucu komandiri olan Əliyar Əliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə misilsiz şücaətlər göstərib. 1992-ci il aprelin 16-da xaricdə xüsusi hazırlıq keçmiş “qara bəbir” ləqəbli Suriya ermənisi Karlenin başçılığı ilə 50 nəfərlik diversiya qrupu mühasirəyə alınaraq məhv edilib, qalanları isə əsir götürülərək Xocalıdan olan onlarla əsir ilə dəyişdirilib. Həmin il iyunun 24-də Qubadlı rayon mərkəzini bombardman etmək tapşırığı almış üç hərbi vertolyotun hər üçü məhv edilib, biri isə yerə salınaraq yüngül təmirdən sonra Milli Ordumuzun istifadəsinə verilib. Gorusun Şurnuxu kəndindəki postu darmadağın etmiş Əliyar Əliyev və döyüşçüləri 20 düşmən hərbçisini canlı olaraq ələ keçirib. Onlar işğalın son günlərinədək Qafan-Gorus yolunu nəzarətdə saxlamağı da bacarıblar.
Getdikcə erməni qəsbkarlarının vahiməli yuxusuna çevrilən Ə.Əliyev son döyüşündə də mənfur düşmənə layiqli dərs verib. Laçın şəhərinin azad edilməsi uğrunda üç gün davam edən əməliyyatda 40 könüllü döyüşçüsü ilə partizan müharibəsinə girən komandirin başçılığı altında düşmənin 80-dən çox canlı qüvvəsi və bir neçə texnikası məhv edilib, 30-dan çox postu dağıdılıb, Laçının 40-dək kəndi azad edilib. 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyinə qədər irəliləyən komandir Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev “Tikanlı zəmi” yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına həlak olublar.
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək 60 illik yubileyi ərəfəsində Milli Qəhrəman Əliyar Əliyevin xatirə lövhəsinin ətrafına toplaşanlara Əliyar Əliyevin tək Qubadlı rayon camaatının deyil, bütün xalqımızın fəxarətlə andığı, daim qəlblərdə uca tutduğu igid bir Vətən övladı olduğunu deyib, qəhrəmancasına şəhadətindən sonra xalqımızın Ümummilli lideri Heydər Əliyevin bütün şəhid ailələrinə, eləcə də Milli Qəhrəmanımızın ailəsinə xüsusi diqqət və qayğısı sayəsində onun da uca adının yaddaşlarda əbədi olaraq həkk olunduğunu söyləyib.
İcra başçısı Ümummilli lider Heydər Əliyevin xüsusi tapşırığı ilə Milli Qəhrəmanımızın ailəsinin Nərimanov rayonunda mənzillə təmin olunduğunu qeyd edərək, xatirə lövhəsinin yerləşdiyi rayonun ən böyük və abad küçələrindən biri olan Əliyar Əliyevin adını daşıyan küçənin Ulu öndərin adını daşıyan küçə ilə kəsişməsi amilinin də bu cəhətdən rəmzi bir məna ifadə etdiyini deyib və vətəndaşlarımızın mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində rayonda geniş vüsət alan sosial-iqtisadi layihələrin Əliyar Əliyev küçəsində də həyata keçirildiyini bildirib.
Natiq Əliyar Əliyevin sərgilədiyi igidliyin bu gün gənc nəslə örnək olduğunu və maddi-texniki bazası hər an təkmilləşən şanlı Ordumuzun bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qələbələrinin Əliyar kimi qorxmaz oğulların döyüş təcrübəsi və şücaətindən qaynaqlandığını diqqətə çatdırıb.
Sonra çıxış edən Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov müharibə illərinin canlı şahidi kimi Əliyar Əliyevin və onun rəhbəri olduğu batalyonun erməni təcavüzkarlarına qarşı amansız mübarizəsindən bəhs edib, düşmən üzərinə daim şığıyan 35 yaşlı Əliyar Əliyevin vaxtsız vəfatının bir səbəbi kimi o vaxtkı hakimiyyətin səriştəsizliyi və bacarıqsızlığı olduğunu göstərib.
Natiq Əliyar Əliyevin 50 illik yubileyi ilə əlaqədar Qubadlıdan olan məcburi köçkünlərin kompakt məskunlaşdığı Sumqayıt şəhərində də onun ölməz xatirəsinin ehtiramla anıldığını qeyd edib.
Əliyar Əliyevin oğlu, atasının yolunu şərəflə davam etdirən Milli Ordunun zabiti Emin Əliyev çıxış edərək bütün şəhid ailələri adından Milli Qəhrəmanın xatirəsinə göstərilən ehtirama və şəhid ailələrinə olan diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib, tədbirin təşkilinə görə şəxsən ailəsi adından Nərimanov və Qubadlı rayonlarının rəhbərliyinə təşəkkür edib.
Sonda Milli Qəhrəmanın döyüş yoldaşı, Milli Ordunun zabiti Sadiq Paşayev çıxış edərək yağı düşmənə qarşı onunla birgə çiyin-çiyinə döyüşməkdən qürur duyduğunu, ondan Vətəni daim göz bəbəyi tək sevməyi əxz etdiyini dilə gətirib, 2016-cı ilin qalibiyyətli aprel döyüşlərində xüsusi igidliyinə və bacarıqlı komandirlik qabiliyyətinə görə Əliyar Əliyevin bir yetirməsinin general-mayor rütbəsinə, digərinin Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü fəxrlə qeyd edib.
Hazırda ordumuzun sıralarında ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün Ali Baş Komandanın əmrlərinə hər an hazır olan Əliyar Əliyev kimi yüzlərlə, minlərlə igid oğulların olduğunu fəxarətlə qeyd edən zabit, bunun tezliklə gerçəkləşəcəyinə əminlik ifadə edib.
Sonda Milli Qəhrəmanın xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

