/ / Daşkəsən rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
Daşkəsən rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib
13.12.2017 [10:42]
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Daşkəsən rayonunda anım mərasimi keçirilib. Qeyd edək ki, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sərəncamına əsasən tədbirlər planı hazırlanıb, rayonda dekabr ayının 1-dən 12-dək anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib. Tədbirlər planına uyğun olaraq rayonun ümumtəhsil məktəblərində, təhsil, səhiyyə müəssisələrində, idarə və təşkilatlarda, inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə, bələdiyyələrdə anım tədbirləri, ümumtəhsil məktəblərində və mədəniyyət müəssisələrində inşa yazı, rəsm müsabiqələri, Ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş disputlar, kompozisiyalar, “dəyirmi masa”lar, kitab sərgiləri, fotostendlər, oxucu konfransları keçirilib.
Qeyd edilən tədbirlərin davamı olaraq dekabr ayının 12-də Daşkəsən rayon ictimaiyyətinin nümayəndələri xalqımızın Ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbir iştirakçıları ilə birgə rayonun Heydər Əliyev Mərkəzinə gəlib, burada Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu fotostendlərə baxış keçiriblər.
Rayon İcra Hakimiyyətinin inzibati binasında anım günü ilə əlaqədar ümumrayon toplantısı da keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verib. O bildirib ki, Ulu öndər Heydər Əliyev həm keçmiş sovet, həm də müstəqillik dönəmində Azərbaycanın inkişafı, onun dünya dövlətləri cərgəsində layiqli yerini tutması, azərbaycançılıq ideyası üçün bütün ömrünü, həyatını həsr etmişdir: “Məhz Heydər Əliyevin misilsiz xidmətləri ilə Azərbaycanın faktiki olaraq müstəqil bir dövlət kimi qurulması, bu dövlətin fəaliyyəti üçün zəruri əsasların formalaşdırılması mümkün olmuşdur. Bugünkü müasir Azərbaycan dövləti Ulu öndər Heydər Əliyevin yaratdığı şah əsərdir. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları qədirbilən Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

