“UNEC-in inkişaf strategiyasının əsasını Ulu öndərin tövsiyələri təşkil edir”
12.12.2017 [09:58]
UNEC-də Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbir iştirakçıları Ümummilli liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri qoyaraq, Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu diqqətə çatdıran UNEC-in rektoru, professor Ədalət Muradov ölkəmizin dünyada tanıdılması və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində Ümummilli liderin əvəzsiz xidmətlərindən danışıb. Heydər Əliyev irsinin öyrənilməsinin vacibliyini bildirən rektor dahi şəxsiyyətin məğlubedilməzlik, əbədi qalib nümunəsi olduğunu vurğulayıb. Rektor Ulu öndərin kadr hazırlığı siyasətinə xüsusi önəm verdiyinə diqqət çəkərək, Onun bu istiqamətdəki tövsiyələrinin UNEC-in inkişaf strategiyasının əsasını təşkil etdiyini bildirib.
Millət vəkili Musa Quliyev Ulu öndərin keçdiyi həyat yoluna, xalqımız qarşısında xidmətlərinə nəzər saldıqda, Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həmçinin dünyanın nəhəng siyasətçilərindən biri olduğunu qeyd edib. O, Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə apardığı uğurlu daxili və xarici siyasətdən bəhs edərək, dahi şəxsiyyətin müstəqillik, demokratiya, ədalətlilik, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlərın əsasını qoyduğunu bildirib. M.Quliyev Ulu öndərin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurların Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və daha da zənginləşdirildiyini diqqətə çatdırıb.
YAP Səbail rayon UNEC ilk ərazi təşkilatının sədri, prorektor Mikayıl Zeynalov Ulu öndərin ordu quruculuğundakı rolundan danışıb. Görkəmli siyasi xadim Heydər Əliyevin həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısı olduğuna diqqət çəkən M.Zeynalov Azərbaycan Silahlı Qüvvələrinin bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşdığını və gündən-günə daha da möhkəmləndiyini qeyd edib.
UNEC-in kafedra müdiri, professor Əli Əlirzayev Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıb, Onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından bəhs edib. Rus İqtisad Məktəbinin tələbəsi İmran Elçinoğlu Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti və onun əhəmiyyətindən danışıb.
Tədbirdə Ümummilli liderin mənalı həyatı yolu və siyasi fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

