Mobil zəng xidmətləri testlərinə əsasən, “Nar” şəbəkəsi ölkədə ən yüksək nəticə göstərdi
14.11.2017 [10:15]
Yarandığı ilk gündən abunəçilərinə təqdim etdiyi sərfəli qiymətlərlə seçilən “Nar” özünün mobil rabitə şəbəkəsini təkmilləşdirməyə davam edir. 2017-ci ilin 2-ci rübündə mobil rabitə şəbəkələrinin müqayisəli testləri keçirilib və “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Mobil rabitə şəbəkələrinin sınaqları mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilib.
Mobil rabitə şəbəkələrinin müqayisəli testləri Azərbaycanın müxtəlif bölgələrində yerləşən şəhər, kənd, qəsəbə və magistral yollarda aparılıb. Tamamilə səyyar test şəklində təşkil edilmiş bu sınaqların 55%-i Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan və Quba kimi şəhərlərdə, digər hissəsi isə Xırdalan, Lənkəran, Qəbələ, Xaçmaz kimi daha kiçik şəhərlər, eləcə də şəhərlərarası yollarda təşkil edilib. “P3 Communications” şirkətinin apardığı sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanır.
Qeyd edək ki, “Nar” 2017-ci il ərzində mobil rabitə şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirib. Bir müddət öncə mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində mobil telefon vasitəsilə ünsiyyətdə olarkən səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. Məhz bu kimi addımlar sayəsində, aparılmış test nəticələrinə görə “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yaxşı mobil rabitə operatoru olduğu qəbul edilib.
Belə ki, şəbəkənin əhatə dairəsinin genişlənməsi, mobil zəng və internet xidmətlərinin keyfiyyətnin artırılması məqsədilə bütün ölkə ərazisi boyunca baza stansiyalarının sayı əhəmiyyətli dərəcədə artırılıb. 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM texnologiyalı transmissiya xətləri üzərindən işləyən 3G baza stansiyalarının sayı üç dəfə azaldılıb və müasir tələblərə cavab verən IP texnologiyasına əsaslanmış transmissiya xətləri ilə əvəz edilib. Baza stansiyalarının IP transmissiya zolağı boyunca “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) 2016-cı ilin son günü ilə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artıb.
“Nar”
“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6000-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
“P3 Communications”
“P3 Communications” 3300 nəfərdən artıq əməkdaşla dünya üzrə fəaliyyət göstərən və 2016-cı ildə təqribən 340 milyon avro dövriyyəsi olan aparıcı beynəlxalq konsaltinq, mühəndislik və test xidmətləri şirkətidir. Sırf telekommunikasiya sahəsi ilə əlaqədar olaraq “P3 Communications” geniş mənada müstəqil texniki və menecment-konsaltinq xidmətləri göstərir. Şəbəkənin planlaşdırılması, mühəndislik, hərtərəfli optimallaşdırma, təhlükəsizlik, xidmət keyfiyyəti (QoS) və xidmətlərin faktiki keyfiyyətinin (QoE) sınaqları, beynəlxalq bençmarkinq və cihazların sınaqdan keçirilməsi məhz belə xidmətlərdəndir. “P3 Communications” şirkətinin müştəriləri arasında dünya miqyaslı şəbəkə operatorları, avadanlıq təchizatçıları, cihaz istehsalçıları, ictimai təhlükəsizlik qurumları və tənzimləyici orqanlar vardır. Uzunmüddətli menecment təcrübəsinə malik şirkət ekspertləri ən son texniki “know-how” nailiyyətlərini tətbiq edirlər.
Daha ətraflı məlumatı nar.az və p3-group.com internet səhifələrindən öyrənmək olar.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58

