/ / Bakıda “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilir
07.11.2017 [10:09]
Noyabrın 6-da Bakı Biznes Mərkəzində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) Gənclər Komitəsinin “Gənclərin məşğulluğu və iş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə gül dəstələri düzülüb. Daha sonra Şəhidlər xiyabanına gedən konfrans iştirakçıları Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini yad edib, məzarları üzərinə tər güllər qoyublar.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev konfransda giriş sözü ilə çıxış edərək bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəslə bağlayır. Savadlı, geniş dünyagörüşünə malik gənclərin yetişdirilməsi, onların məşğulluğu hər bir ölkə və beynəlxalq təşkilat üçün başlıca məsələdir. Bütün dünyada gənclərin problemləri əsasən eynidir - məşğulluq, işədüzəlmə, layiqli əmək, sosial müdafiə, istirahət, əyləncə, mənzilə sahibolma, təhsilin səviyyəsi və s.
AHİK sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biridir.
Ümummilli lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması barədə Sərəncam imzalayarkən demişdi: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Həqiqətən gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. 2007-ci il “Gənclər ili” elan edildi. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası” imzalandı. Ölkədə Azərbaycan gəncliyi, yoxsulluğun azaldılması və davamlı inkişafı, regionların sosial-iqtisadi inkişafı, məşğulluq strategiyasının həyata keçirilməsi üzrə dövlət proqramları və digər mühüm sənədlər qəbul olunaraq həyata keçirilir.
Azərbaycanın gənclərin məşğulluğu üzrə şəbəkəyə daxil olan ölkələrə qoşulması BMT tərəfindən müsbət qarşılanıb. Bütün bu tədbirlər ona gətirib çıxardı ki, Prezident İlham Əliyevin təbirincə desək, hazırda “Gənclər... cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar”. Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilirlər. Mədəniyyət, idman, elm sahələrində onların qarşısında geniş imkanlar açılıb. 2010-cu ildən bu günədək 360 min yeni iş yeri yaradılıb ki, bu müddətdə də işə düzələnlərin 70 faizi gənc kadrlardır. Gənclər arasında işsizliyin səviyyəsi 15 faizdən 10,9 faizə enib. Ölkədə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasəti formalaşdırılır. Konsepsiya layihəsinin hazırlanması üçün 21 qurumun nümayəndələrindən ibarət işçi qrup yaradılıb və fəaliyyət göstərir. Konsepsiyanın prioritet istiqamətləri sırasına makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir. Həmçinin rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyətin artırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsi və digər prioritet istiqamətlər yeni Konsepsiyada əhatə olunacaq.
Səttar Möhbalıyev bildirib ki, Yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında əsas tərəfdaşlarımız BƏT, Dünya Bankı və BMT-nin Əhali Fondudur.
Respublika iqtisadiyyatında çevik məşğulluğun müxtəlif formaları mövcud olduğundan AHİK öz səylərini əmək qanunvericiliyindəki əsas anlayış və təyinatların dəyişdirilməsi yollarının axtarışına yönəldib.
Gənc liderlərimizin dünya miqyaslı tədbirlərdə iştirakı ilbəil artır. Onlar müasir gənclərə xas olan problem və nailiyyətlərin müzakirəsində iştirak edir, əldə olunmuş bilik, müsbət təcrübə və texnologiyaları həmkarları ilə bölüşürlər.
Səttar Möhbalıyev diqqətə çatdırıb ki, AHİK sosial tərəfdaşlardan biri kimi, Nazirlər Kabineti və Sahibkarlar Milli Konfederasiyası ilə birgə Baş Kollektiv Saziş imzalayıb. Bu sənəddə gənclərin məşğulluğuna təsir edən bir çox yeni, perspektiv məsələlər öz əksini tapıb və icra edilib.
“AHİK gənclərin məşğulluq böhranı ilə mübarizəyə yönəldilmiş effektiv fəaliyyətin işlənib hazırlanmasını, əməkdaşlığın möhkəmləndirilməsini, bir sözlə, insan kapitalına daha çox sərmayə qoyulmasını məqsədəmüvafiq sayır. Hesab edirəm ki, bu toplantı müasir dövrdə gənclərin problemlərinin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaq”, - deyə Səttar Möhbalıyev çıxışının sonunda bildirib.
Konfransda Pan Avropa Regional Şurasının müşaviri Qoda Neverauskayte BHİK PARŞ Gənclər Komitəsinin fəaliyyəti barədə danışıb. PARŞ Gənclər Komitəsinin prezidenti Tatyana Maria komitənin 2016-2017-ci illər üçün hesabatını təqdim edib və digər mövzularda çıxışlar dinlənilib.
Konfrans iki gün davam edəcək.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

