ADNSU-da Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib
06.10.2017 [09:57]
Oktyabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı müəllim adını şərəflə daşıyan bütün müəllimləri təbrik edib. Müəllimlik peşəsinin nüfuzundan və əhəmiyyətindən söz açan ADNSU-nun rektoru, professor Mustafa Babanlı Azərbaycanda müəllimə hər zaman yüksək qiymət verildiyini qeyd edib.
“Müəllim peşəsi bizdə hər zaman yüksək qiymətləndirilib. Bundan sonra da bu ada xələl gəlməsinə imkan verməməliyik. Cənab Prezident İlham Əliyevin təhsilə göstərdiyi yüksək qayğıya cavab olaraq biz də yüksək ixtisaslı kadrlar hazırlamalıyıq”, - deyə rektor bildirib.
ADNSU-nun professor və müəllim heyətini özəl gün münasibətilə təbrik edən millət vəkili Aydın Mirzəzadə Azərbaycan müəlliminin hər zaman nüfuzlu olduğunu və ADNSU-da savadlı və bu cür nüfuzlu müəllimlər çalışdığını deyib. Azİİ-nin (indiki ADNSU) hər gəncin arzusu olan bir ali məktəb olduğunu qeyd edən millət vəkili A.Mirzəzadə bu gün də universitetin ən sevilən təhsil ocaqlarından olduğunu deyib.
ADNSU-nun professoru, millət vəkili Hüseynbala Mirələmov Müəllimlər Gününü müqəddəs gün adlandırıb və bütün həmkarlarını bu gün münasibətilə təbrik edib.
“Məktəblər, sözün həqiqi mənasında, məbəddir və müəllimlər də bu məbədin müqəddəs kahinləridir. Bu gün olduqca əlamətdar bir gündür”, - deyə H.Mirələmov bildirib.
Daha sonra 2016/2017-ci tədris ilində əmək fəaliyyətlərini qüsursuz başa vuran 20 nəfər mükafat alan müəllimin adı açıqlanıb.
Tədbirdə çıxış edən, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə fərdi təqaüd verilən ADNSU-nun professoru Kamal Abdullayev ona göstərilən diqqət və dəyərə görə hər kəsə xüsusi təşəkkürünü bildirib.
Tədbirin sonunda ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini oxuyub.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35

