/ / Azərbaycan Prezidentinin İslam ölkələrinə həmrəylik mesajı sülhə, əmin-amanlığa, vəhdətə çağırışdır
Azərbaycan Prezidentinin İslam ölkələrinə həmrəylik mesajı sülhə, əmin-amanlığa, vəhdətə çağırışdır
03.10.2017 [10:02]
Azərbaycan Prezidentinin İslam ölkələrinə həmrəylik mesajı sülhə, əmin-amanlığa, vəhdətə çağırışdır. Bu gün respublikamızda mövcud olan tolerantlıq bir çox dünya ölkələrinə nümunə ola bilər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər sentyabrın 30-da Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən konfransda səsləndirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən tədbirdə Cəlilabad, Masallı və Yardımlı rayonlarının icra orqanlarının nümayəndələri, bələdiyyələrin sədrləri, din xadimləri, dini icmaların və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə DQİDK-nın sifarişi ilə çəkilmiş, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmə baxıblar.
Konfransda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda dövlət-din münasibətləri istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb.
DQİDK-nın sədri Mübariz Qurbanlı çıxışında “Şəhadət” filminin əsas qayəsi barədə danışaraq, Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların böyük xalq sevgisinə layiq olduğunu, özgə torpaqlarında dini radikal qruplara qoşularaq döyüşənlərin isə elin qınağına çevrildiyini bildirib.
Ölkəmizdə dövlət-din münasibətlərinin qanunla tənzimləndiyini vurğulayan M.Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu, müxtəlif xalqların nümayəndələrinin öz dini ayinlərini sərbəst, azad şəkildə icra etdiyini diqqətə çatdırıb.
Müsəlman dünyasında həmrəyliyə ciddi ehtiyacın olduğunu qeyd edən Komitə sədri İslam adı altında müxtəlif cərəyanların yaranmasına və xurafata qarşı barışmaz mövqe nümayiş etdirməyin vacibliyini diqqətə çatdıraraq deyib: “Harada xurafat varsa, orada dini radikalizm var”.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov və Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev mövzu ilə bağlı çıxış ediblər.
Həmin gün Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən konfransın ikinci panelində “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda müzakirələr aparılıb.
Tədbirdə DQİDK-nın sədr müavini Gündüz İsmayılov, Masallı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ceyhun Bəşirov, rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxış ediblər.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov qeyd edib ki, dini radikalizmə qarşı effektiv mübarizə üsullarından biri milli-mənəvi dəyərləri dərindən öyrənmək, təbliğ və təşviq etməkdir. Bildirilib ki, milli-mənəvi dəyərlər bütün sahələri əhatə etməklə bərabər, İslam dəyərlərimizi də özündə ehtiva edir. İslam dəyərləri isə olduğu kimi qorunmalı, öyrədilməli, gənc nəslə çatdırılmalıdır.
G.İsmayılov çıxışında diqqətə çatdırıb ki, əgər kimsə din adı altında öz məqsədinə çatmaq üçün İslamdan istifadə etmək istəyirsə, onun qarşısında dayanmaq lazımdır. İslam dəyərləri insanlığa, bəşəriyyətə xidmət edən dəyərlərdir. Lakin, bu dəyərlərdən siyasi, iqtisadi maraqlar üçün istifadə həmin dəyərlərdən uzaqlaşmaq deməkdir. Gənclərimizi, eləcə də cəmiyyətin bütün təbəqələrini dini maarifləndirmə yolu ilə məlumatlandırmalı, dini biliklərini zənginləşdirməliyik. Bu maarifçilik işi təkcə təhsil müəssisələrində deyil, kənd, qəsəbə, şəhər və rayonlarda, mədəniyyət müəssisələrində, qeyri-hökumət təşkilatlarında və digər yerlərdə aparılmalıdır.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

