Dövlət Komitəsində müşavirə keçirilib
07.09.2017 [10:22]
Sentyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədri, sədr müavinləri, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.
DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətlərinə və Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətə diqqət çəkib, Azərbaycanda mövcud olan dinlərə dövlətin münasibətinin dərin tarixi ənənələrə söykəndiyini, ölkə Prezidenti tərəfindən bu ənənələrin daima qorunub saxlanıldığını diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri, eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində görülmüş işlər, planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb.
Gündəliyə uyğun olaraq, Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyevin məruzəsi dinlənilib. S. Mirzəyev şöbənin fəaliyyətini dini radikalizmə, ekstremizmə, o cümlədən fanatizmə və xurafat meyillərinə qarşı mübarizə, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizdə tarixən mövcud olan tolerantlıq və multikulturalizm ənənələrinin təbliğ və təşviqi, bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı olaraq həmrəyliyin təbliği istiqamətlərində davam etdirdiyini bildirib. Şöbə müdiri, eləcə də radikalizmə qarşı mübarizə, ona meyillənmədən çəkindirmək, dini radikalizmdən zərər görmüş insanların itki və məhrumiyyətlərini göstərmək, habelə milli-mənəvi dəyərlərin qorunması məqsədilə şöbə tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Hesabat dövründə şöbə tərəfindən dini icmaların 113 layihəsinin hazırlanmasına nəzarət olunduğunu və onlara metodiki dəstək verildiyini diqqətə çatdıran S.Mirzəyev ümumilikdə dini icmaların təqdim etdiyi 250 layihənin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsinin həyata keçirildiyini deyib.
O, “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 17 regional konfransın, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 18 seminar-müşavirənin, “Dini radikalizm və ekstremizmlə mübarizədə hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin təşkili” mövzusunda 8 regional müşavirənin, o cümlədən “Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda 6 seminarın, “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda 17 seminar-treninqin baş tutduğunu da bildirib.
Şöbə tərəfindən “Dövlət və Din” ictimai fikir toplusunun 4, “Cəmiyyət və Din” qəzetinin 8 sayının çapa hazırlandığını bildirən şöbə müdiri nəşrlərdə respublikamızda gedən dini, ictimai-siyasi və mədəni proseslər haqqında məlumatların yer aldığını qeyd edib.
Daha sonra DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfovun bölgədə dövlət-din münasibətlərinin tənzimlənməsi vəziyyətini öyrənmək və bu sahədə müvafiq işlər görmək məqsədilə şöbənin icra etdiyi işlərin istiqamət və məzmunu barədə məruzəsi dinlənilib. Hesabat dövründə şöbə tərəfindən 84 dini maarifləndirmə tədbirinin keçirildiyini diqqətə çatdıtan Ə.Nəcəfov dini ayrı-seçkilik və ideoloji cəhətdən zərərli dini ədəbiyyatın əhali arasında təbliği və paylanılmasına edilən cəhdlərin qarşısının alınması istiqamətində atılan addımlar barədə də danışıb.
Müşavirə müzakirələrlə davam edib və müvafiq tapşırıqlar verilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

