/ / DTX: İlin əvvəlindən 44 kiloqramdan çox narkotik vasitənin Azərbaycana daşınmasının qarşısı alınıb
DTX: İlin əvvəlindən 44 kiloqramdan çox narkotik vasitənin Azərbaycana daşınmasının qarşısı alınıb
31.08.2017 [10:26]
Cinayətkarlığın təhlükəli növlərindən olan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə beynəlxalq birliyin qarşısında duran ən mühüm məsələlərdəndir. Narkotiklərin milli genofonda vurduğu ciddi ziyanla yanaşı, narkobiznesdən əldə edilən gəlirlərin digər transmilli cinayətlərin, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilməsi onun təhlükəlilik dərəcəsini daha da artırır.
Dövlət Təhlükəsizliyi Xidmətinin ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi sahəsində hüquqazidd əməllərin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi işinin daha da gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlətin daim diqqət mərkəzindədir.
Narkotiklərin qanunsuz dövriyyəsinə, onların qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsi və Azərbaycan ərazisindən tranzit kimi istifadə olunması hallarına qarşı digər hüquq-mühafizə orqanları ilə yanaşı, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən mübarizə səngimədən aparılır, əməliyyat şəraiti ciddi nəzarətdə saxlanılır.
Keçirilən tədbirlərlə cinayətkarlardan külli miqdarda müxtəlif növ ağır narkotik vasitələr götürülür.
Dövlət Təhlükəsizliyi Xidmətinin 2017-ci ilin hazırkı dövrünədək olan müddət ərzində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 44 kiloqramdan artıq narkotik vasitənin, habelə güclü təsiredici psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının və yayılmasının qarşısı alınıb.
Faktlarla bağlı 11 cinayət işi başlanılıb, bu hüquqazidd əməllərin törədilməsinə görə Azərbaycan Respublikasının 24 və İran İslam Respublikasının 1 vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub. Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 14 kiloqram heroin, 14 kiloqram tiryək, 12 kiloqramdan artıq qurudulmuş marixuana, 4 kiloqram 500 qram həşiş və psixotrop maddə olan 1531 ədəd həb, eləcə də həmin şəxslərdən 1 ədəd “Makarov” tipli tapança və ona aid daraq, 2 ədəd tüfəng və xeyli sayda müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.
Narkotiklərin qanunsuz dövriyyəsi üzrə digər faktlarla bağlı 287 nəfər barəsində məlumatlar müvafiq araşdırmalar aparılması üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

