“Bu uğur mənə yeni dostluqlar qazandırdı”
30.08.2017 [10:12]
İlhamə Hüseynova: Gələcəkdə insan hüquqları və azadlıqlarının müdafiəsinə çalışmaq və hər zaman öz vətənimə layiqli bir hüquqşünas kimi xidmət etmək istəyirəm
Məlum olduğu kimi, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı başa çatıb. Öz bilik səviyyəsini sınaqdan keçirmiş və müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər yığdıqları bala müvafiq olaraq artıq ixtisas seçimi ediblər.
Yeri gəlmişkən xatırladaq ki, bu dəfə imtahanda I ixtisas qrupu üzrə 7, II ixtisas qrupu üzrə 2, III ixtisas qrupu üzrə 3, IV ixtisas qrupu üzrə isə 3 nəfər olmaqla, ümumilikdə 15 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb. Ənənəyə sadiq qalaraq, bu il də 700 bal toplayan abituriyentləri sizinlə tanış edirik. Belə ki, III ixtisas qrupu üzrə maksimum nəticə əldə edən rekordçulardan biri də Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynovadır.
Məlumat üçün bildirək ki, İ.Hüseynova ibtidai sinfi Goranboy rayonu Seymur Məmmədov adına Zeyvə kənd orta məktəbdə oxuyub. Daha sonra təhsilini Bakı şəhəri, 111 saylı orta məktəbdə davam etdirib. Məktəb illəri müddətində müxtəlif tədbirlərdə, olimpiadalarda, bilik yarışmalarında iştirak edib. Belə ki, respublika fənn olimpiadasında Azərbaycan tarixi fənni üzrə 2015-ci ildə gümüş, 2016-cı ildə bürünc medal qazanıb. O, IX sinfi xüsusi fərqlənmə şəhadətnaməsi ilə başa vurub. Bununla yanaşı, orta məktəbi əla qiymətlərlə bitirdiyinə görə qızıl medala layiq görülüb.
İmtahanda yüksək nəticə göstərən 17 yaşlı İlhamə redaksiyamızın qonağı olub. Əməkdaşımızın suallarını cavablandıran rekordçu imtahan təəssüratlarını qəzetimizin oxucuları ilə bölüşüb: “Aprelin 30-da keçirilən imtahanda 685 bal topladım. Lakin bu nəticə məni qane etmədi. Daha sonra iyulun 14-də keçirilən imtahanda yenidən iştirak edib biliyimi sınamaq istədim. Özümə söz vermişdim ki, birinci imtahanda etdiyim səhvlərə bu dəfə yol verməyib 700 bal toplayacağam. Hazırlıq müddətində yuxu rejiminə xüsusi önəm verirdim. Səhərin sübh çağında oyanıb ayıq başla dərslərimi oxuyurdum. Asudə vaxtlarımı isə dincəlməklə keçirər, bütün əyləncələrdən məhrum qalardım. Sadəcə, qarşıma qoyduğum məqsəd barədə düşünürdüm. İmtahan zamanı bir saat ərzində bütün sualları cavabladım. Nəhayət ki, gözlədiyim nəticəni əldə etdim. Bir sözlə, 700 bal toplamaq üçün əzmkar olmaq lazımdır. Nəticələr açıqlandıqdan sonra 700 bal toplayan abituriyentlərlə bir-birimizi yaxından tanımaq şansımız oldu. Bu uğur həm də mənə yeni dostluqlar qazandırdı deyə bilərəm”.
Gələcək planlarını bizimlə bölüşən İlhamə ali təhsilini Bakı Dövlət Universiteti (BDU) Hüquq fakültəsinin ingilis dili bölməsində davam etdirəcəyini deyir: “Hazırda hüquqşünaslıq peşəsi dəb halını alsa da, mənim bu sənətə sevgim kiçik yaşlarımdan başlayıb. Mən uşaqlıqdan atam kimi hüquqşünas olmaq istəyirdim. Hər zaman özümü hakimin geyimində təsəvvür edirdim. Tez-tez atamla çalışdığı yerə gedər, iş mühiti ilə tanış olardım. O qədər gözəl təəssüratlarla qayıdırdım ki, sevincimi dostlarımla da paylaşırdım. Elə o vaxtlardan hüquqşünas olmağa qərar vermişdim. Artıq arzumun bir addımlığındayam. Gələcəkdə insan hüquqları və azadlıqlarının müdafiəsinə çalışmaq və hər zaman öz vətənimə layiqli bir hüquqşünas kimi xidmət etmək istəyirəm”.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49

