Vidadi Muradov: Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar
04.08.2017 [10:00]
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşüblər.
“Azərxalça” ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. məsələlər müzakirə olunub, əhalini maraqlandıran suallar cavablandırılıb.
“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov qeyd edib ki, Cəbrayıl rayonun ərazisi Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olub. Burada Qarabağ, Muğan, Təbriz, Ərdəbil çeşniləri əsasında yerli koloritə uyğun xovlu və xovsuz xalçalar, xalça məmulatları toxunub. Cəbrayılda xalçaçılıq Azərbaycanın digər rayonlarında olduğu kimi, qadınların kütləvi şəkildə məşğul olduqları sənət sahəsi olub. Cəbrayıllılar bu xalçaların bəzilərini Cəbrayılın yadigarı kimi müvəqqəti məskunlaşdıqları yerlərdə qoruyub saxlayırlar. Bu, onların xalçaçılığa, bu sənəti yaradanlara böyük hörmətinin, eyni zamanda, marağının göstəricisidir: “Cocuq Mərcanlı sakinləri arasında da toxucuların olması sevindirici haldır. Bu görüşümüz zamanı həmin toxucuların “Azərxalça” ASC-nin Füzuli filialında işlə təmini məsələsi müzakirə edildi. Bu kənddən 20-25 nəfər xalçaçı sözügedən filialda daimi iş yeri ilə təmin olunacaq. Həvəsi olanlar xalçaçılıq-tədris hazırlıq kurslarına cəlb ediləcək. Biz əminik ki, yaxın gələcəkdə işğal altında olan bütün rayonlarımız düşmən tapdağından azad olunacaq. “Azərxalça” bu rayonlarda da öz filiallarını yaradacaq. Azərbaycan bayrağı dalğalanan hər yerdə Azərbaycan xalçası toxunacaq. Azərbaycan ordusu irəlilədikcə, biz səngərlərə ən yaxın ərazilərdə yeni-yeni xalça emalatxanaları yaradacağıq. Xalçaçılıq, indi Cocuq Mərcanlıda olduğu kimi, bərpa olunan ərazilərdə əhalinin əsas məşğulluq sahələrindən birinə çevriləcək”.
Görüşdə kənd sakinləri, rayon icra hakimiyyətinin nümayəndələri, toxucular və KİV nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58

