/ / Qubadlı rayon İcra Hakimiyyətində 2017-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş iclas keçirilib
Qubadlı rayon İcra Hakimiyyətində 2017-ci ilin ilk yarısının yekunlarına həsr olunmuş iclas keçirilib
03.08.2017 [10:00]
Dünən Sumqayıt şəhərində yerləşən Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Qubadlı rayonunun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov hesabat dövründə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əldə olunan uğurlu nəticələrdən, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, bu ilin may ayında Bakının Qaradağ rayonunda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə məcburi köçkünlər üçün 1026 ailəlik yeni yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. Xəzər və Xətai rayonlarında tikintisi yarımçıq qalmış binalarda məskunlaşan 214 ailə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş mənzillərə köçürülür.
Bildirilib ki, Böyük qayıdışın ilk mərhələsi olan Cocuq Mərcanlının bərpa edilməsi bütün ölkə əhalisi kimi, məcburi köçkünlərin də sevincinə səbəb olub. Bu, işğal altındakı bütün torpaqların, o cümlədən Qubadlının azad ediləcəyinə inamı daha da artırıb.
Daha sonra hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev 2017-ci ilin birinci yarımilində Qubadlı sakinlərinin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra işlərin görüldüyünü deyib. Diqqətə çatdırılıb ki, sakinlərin məskunlaşma yerlərində yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etməkdədir. Rayon İcra Hakimiyyətinin köməyi ilə Bakının Xəzər rayonundakı sanatoriya binasında məskunlaşan 8 ailəyə Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillər verilib. “Şəfa” sanatoriyasının, 10 saylı Peşə Liseyinin binasının zirzəmiləri sudan təmizlənib, “Sumqayıt” mehmanxanasında su və kanalizasiya xətləri təmir olunub. Bununla yanaşı, bir sıra sakinin fərdi qaydada məskunlaşdığı yerlərdə təmir işləri aparmaq üçün vəsait ayrılıb.
Məlumat verilib ki, İcra Hakimiyyətinin köməyi ilə yaxın vaxtlarda rayonun beş məktəb binasının əsaslı təmirinə başlanılması nəzərdə tutulub. Xanlıq kənd ümumi orta məktəbi üçün binanın tikintisi başa çatmaq üzrədir, digər məktəblərin əksəriyyətində isə təmir işləri davam etdirilir.
İlin birinci yarısında əhalinin aztəminatlı hissəsi də diqqətdə saxlanılıb. Daxili imkanlar hesabına yas mərasimlərinin təşkili, xəstələrin müalicəsi və digər məsələlərlə əlaqədar aztəminatlı ailələrə 37 min 680 manat maddi yardım edilib.
Gənclər və idman siyasətinin rayonda ardıcıl həyata keçirilməsi üçün də müntəzəm iş aparılır. Təsadüfi deyil ki, rayonun 17 idmançısı beynəlxalq yarışların və respublika turnirlərinin qalibi olub. Qubadlılı idmançılar IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış ediblər. İslam Abbasov yunan-Roma güləşi üzrə Oyunların çempionu olub, cüdo yarışlarında Elçin Talıbov qızıl, Natiq Talıbov isə bürünc medal qazanıb.
Yığıncaqda vətəndaşların müraciətlərinə baxılması vəziyyəti ətraflı təhlil olunub. Qeyd edilib ki, bu məsələ daim diqqət mərkəzində saxlanılır.
Məruzə ətrafında çıxış edənlər - rayon Kommunal Müəssisələr Kombinatının müdiri İlham Hümbətov, Xanlıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Valeh Rüstəmov, rayon Məşğulluq mərkəzinin direktoru Cəfər Ağayev dövlətimizin başçısı tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini daha da artıracaqlarını bildiriblər.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

