/ / Şəki ilə tanışlıq Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçılarında zəngin təəssürat yaradıb
Şəki ilə tanışlıq Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçılarında zəngin təəssürat yaradıb
27.07.2017 [09:29]
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları iyulun 26-da, günün ikinci yarısında Şəkinin tarixi məkanları ilə tanış olub, görməli yerlərini gəziblər.
AZƏRTAC xəbər verir ki, yay məktəbi iştirakçılarının bu qədim diyarla ilk tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlayıb. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarix-memarlıq abidəsi olan bu saray xalqımıza xas yüksək mədəniyyətin, böyük inkişaf yolu keçmiş xalq tətbiqi sənətinin nümunəsidir.
Məlumat verilib ki, Şəki xanlarının sarayı Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə dünyada bənzəri olmayan sarayın tikintisində mismar və yapışqandan istifadə edilməyib. Üç yüz kvadratmetr sahəsi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var.
Yay məktəbinin iştirakçıları sarayın önündə xatirə şəkilləri çəkdiriblər.
Sonra qonaqlar sarayın yerləşdiyi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisini gəziblər. Diqqətə çatdırılıb ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir.
Yay məktəbinin iştirakçıları sonra qoruğun ərazisində yerləşən və inşa tarixi XVIII əsrin sonlarına aid edilən “Yuxarı Karvansaray” kompleksi ilə tanış olublar. Məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks üç yüzədək otaq və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn turistlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Hazırda bu abidə mehmanxana kimi fəaliyyət göstərir.
Şəkiyə səfərləri çərçivəsində yay məktəbinin iştirakçıları Kiş kəndindəki qədim alban məbədini də ziyarət ediblər. Bildirilib ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilkgünbəzli, zal tipli məbəddir. 2001-2003-cü illərdə məbəddə Azərbaycan-Norveç birgə layihəsi üzrə bərpa işləri aparılıb. Layihə məşhur norveç alimi Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək məqsədi ilə məbədin yanında onun büstü də qoyulub. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Məbədin içərisindəki Yaloylutəpə mədəniyyətinə aid nümunələr, orta tunc-antik dövrə aid saxsı qablar, həyətindəki ilkin orta əsrlərə məxsus sərdabələr qonaqların böyük marağına səbəb olub.
V Beynəlxalq multikulturalizm yay məktəbinin iştirakçıları Şəkidən xoş və zəngin təəssüratlarla ayrılıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06

