“Az-Granata” jurnalistlər üçün media-tur təşkil etdi
27.07.2017 [09:28]
Azərbaycanda yüksəkkeyfiyyətli şirə və şərab emalı ilə seçilən “Az-Granata” MMC Milli Mətbuat Günü münasibətilə mətbuat nümayəndələri üçün media-tur təşkil edib. Tur çərçivəsində mətbuat nümayəndələri müəssisənin fəaliyyəti, zavod ərazisində yerləşən şirə və alkoqollu içkilər istehsal edən texnologiya ilə əyani şəkildə tanış olmaq imkanı qazanıblar. “Az-Granata” Ağsu Şirə və Şərab emalı zavodunun sektor müdiri Vüqar Mikayılov ilk olaraq media nümayəndələrini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib. Ölkəmizdə mətbuatın inkişafı ilə bağlı bir sıra məqamlara toxunan V.Mikayılov şirə və şərab emalı zavodu olaraq “Az-Granata” MMC-nin tanınmasında və kollektivin uğurlarının ictimaiyyətə çatdırılmasında mətbuat nümayəndələrinin xüsusi əməyinin olduğunu diqqətə çatdırıb.
Daha sonra zavod haqqında geniş məlumat verən V.Mikayılov bildirib ki, müəssisə yalnız Qafqazda deyil, Avropada və keçmiş SSRİ məkanında analoqu olmayan texnoloji prosesə və məhsula malikdir, artıq dünya bazarına çıxışı hədəfləyib. Müəssisənin yaradılmasında əsas məqsədin isə dünya bazarında ilk dəfə şərab istehsalı sahəsində Azərbaycan brendi ilə ölkəmizi təmsil etmək olduğunu söyləyən V.Mikayılov ötən dövr ərzində minimal səviyyədə də olsa bu hədəfə çatıldığını deyib: “2011-ci ildə inşa olunmuş və 2,5 hektar sahəni əhatə edən “Az-Granata” Şirə və Şərab emalı zavodu Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. Müəssisə meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod meyvə qəbulu, meyvə emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə dolumu və qablaşdırılması, tetra pak dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, sortlaşdırılması, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir”.
V.Mikayılov bildirib ki, zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunub. “Az-Granata”nın 450 hektar üzüm və 400 hektar nar bağları var. Nar bağları orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır.
Müəssisənin yeni tikilməkdə olan zavodu ilə yaxından tanış olan mətbuat nümayəndələri sonra MMC-nin dequstasiya zalında məhsulları dadmaqla yanaşı, həm də məhsullar haqqında geniş məlumatlar alıblar.
Media-turda iştirak edən jurnalistlər təşkil edilmiş maraqlı və zəngin səfər proqramına görə “Az-Granata” Şirə və Şərab emalı zavodunun rəhbərliyi və kollektivinə təşəkkürlərini bildiriblər.
Sonda zavod əməkdaşları ilə birgə xatirə şəkilləri çəkilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Gündəm
14 İyul 11:13
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10

