Lerikdə İslam həmrəyliyi mövzusunda regional konfrans keçirilib
26.07.2017 [09:05]
İyulun 25-də Lerik Rayon Mədəniyyət Mərkəzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Lerik rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda DQİDK-nın və rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, eləcə də cənub bölgəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, dini işlər üzrə komissiyanın, YAP Lerik rayon təşkilatının üzvləri, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Regional konfransın birinci panelində çıxış edən Lerik rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlının mövzu ilə bağlı məruzəsi dinlənilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını bildirib. Komitə sədri İslam dininin xalqımızın mənəvi həyatını daha da zənginləşdirdiyini, onun həyat tərzini və birgəyaşayış normalarını müəyyən edən əsas amillərdən birinə çevrildiyini vurğulayıb.
Komitə sədri qeyd edib ki, ölkəmizdə tarixən mövcud olan dini dözümlülük ənənələrinin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Mübariz Qurbanlı dövlətimizin başçısının 2016-cı ili “Multikulturalizm İli” və 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə həm multikulturalizmi dəyərsizləşdirən Qərb dünyasına, həm də nifaq və ixtilaf yaşayan İslam dünyasına qlobal problemə çevrilmiş dini radikalizm və fanatizm təhlükəsindən qurtulmağın mümkünlüyü mesajını verdiyini diqqətə çatdırıb.
QMİ-nin bölgə üzrə qazısı Qəni Axundzadə dövlətimizin dinə və dindarlara qayğısından, ənənəvi dini dəyərlərin tanıdılmasından, bu dəyərlərin keçdiyi tarixi mərhələlərdən danışıb.
Lerik şəhərindəki Heydər Əliyev Mərkəzində gənclərin iştirakı ilə keçirilən konfransın ikinci panelində “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda müzakirələr aparılıb.
Lerik Rayon Gənclər və İdman İdarəsinin sədri Natiq İsaqov məruzəsində gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin vacibliyindən bəhs edərək, gəncləri radikallığa və ekstremizmə qarşı mübarizədə bir olmağa, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamağa səsləyib.
Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov rayonda mövcud dini durum və bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verib.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə çıxışlarında dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, ənənəvi İslam anlayışının mahiyyətindən danışıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov regionlarda keçirilən bu konfransların məqsədinin Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması olduğunu diqqətə çatdırıb.
Çıxışında ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İlinin” önəminə toxunan Gündüz İsmayılov İslam həmrəyliyinin irqindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq insanları birliyə səslədiyini bildirib.
Sonda iştirakçıların mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb, təklif və mülahizələri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

