“İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib
19.07.2017 [08:59]
22 iyul - Milli Mətbuat Günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 18-də “İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, din xadimləri və media nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransı açaraq bildirib ki, Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan kütləvi informasiya vasitələri bütün şərq ölkələrinin mediası arasında qabaqcıl yerlərdən birini tutub. Azərbaycan mətbuatı çox böyük tarixi yol keçib. Sovet dövründə də mətbuatımız inkişaf edib. Mətbuatımızın inkişafına Ulu öndər Heydər Əliyev daim diqqət yetirib. Prezident İlham Əliyev də bu sahəni diqqətdə saxlayır. Bu günlərdə jurnalistlərə veriləcək mənzillər, yeni binanın tikintisinə başlanması mətbuata diqqət və qayğının bariz nümunəsidir.
“2017-ci il “İslam Həmrəyliyi İli” elan edilib, Azərbaycan mətbuatı həm ölkə daxilində, həm də xaricdə İslam həmrəyliyini geniş təbliğ edir. Prezidentin tapşırığı ilə bizim komitə və Qafqaz Müsəlmanları İdarəsi bir sıra xarici ölkələrdə “İslam Həmrəyliyi İli” ilə bağlı tədbirlər keçirəcək. İslam dünyasının həmrəyliyə daha çox ehtiyacı var və bu mövzunun mediada təbliği üçün mətbuatla sıx əməkdaşlıq edirik”, - deyə komitə sədri vurğulayıb.
Sonra çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının həyatında mətbuatın çox böyük rol oynadığını deyib. O bildirib ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi mediaya ən açıq qurumlardan biridir. Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də digər qurumlarda islami dəyərləri daim yüksək qiymətləndirir, buna böyük önəm verir. Bir müddət əvvəl Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının təşkili də İslam ölkələri arasında əlaqələri möhkəmləndirməyə xidmət edib. Çünki İslam sülh, mərhəmət dinidir.
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb. “Əkinçi” qəzeti milli dəyərlərə söykənib, maariflənmənin təbliği də dini və milli dəyərlərə verilən önəmin göstəricisidir. Daha sonra nəşr edilən qəzetlərdə də bu məsələ daim ön planda olub. Hazırda da jurnalistlərimiz İslam ölkələrinə səfər edir, bu yaxınlarda İranın nümayəndə heyəti də Azərbaycana gəlib. Azərbaycanın media modeli İslam ölkələri üçün bir örnəkdir. Yaxın vaxtlarda İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında İslam ölkələrinin media qurumları arasında bir təşkilatın yaranması ilə bağlı qərar qəbul ediləcək. Yəqin ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda yerləşəcək.
Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov ölkəmizdəki zərərli dini təriqətlərdən bəhs edib. Bildirib ki, bu təriqətlərin nümayəndələri sadə insanlar arasında təbliğat aparır və bu bizi narahat etməlidir. Hər kəs, o cümlədən media dini radikalizmə, ekstremizmə qarşı mübarizə aparmalıdır.
Ulu öndər Heydər Əliyevin mətbuata çox böyük önəm verdiyini qeyd edən Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib ki, Prezident İlham Əliyevin son illərdə mətbuata göstərdiyi diqqət və qayğı da bunun bariz nümunəsi və davamıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi media ilə sıx əməkdaşlıq şəraitində işləyir. Dini maarifləndirmə ilə bağlı tədbirlərin keçirilməsi və onun KİV-də əks olunması müsbət haldır. Azərbaycan bu istiqamətdə son illərdə xeyli işlər görüb. Ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi çox mühüm hadisədir. “Bu, ölkələri, insanları, düşüncələri bir-birinə yaxınlaşdıran, dostluq yaradan bir hadisədir. Bu mənada İslam Həmrəyliyi Oyunlarının böyük təsiri olub. Bu gün şəhərimizdə müxtəlif İslam ölkələrindən olan çoxlu turistlər görürük. Bu da Azərbaycan xalqının mahiyyət etibarilə mədəni və tolerant xalq olduğunu bir daha sübut edir”, - deyə Rəşad Məcid vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər Cavadlı “Əkinçi” qəzetindən bu günə qədər mediada dini dəyərlərə özünəməxsus münasibət bildirildiyini qeyd edib. Diqqətə çatdırıb ki, Sovet dövründə panislamizmlə mübarizə siyasəti yeridilib. Bizim jurnalistlərimiz İslam dinini yox, onun ətrafındakı mövhumatı, xurafatçılığı tənqid ediblər. İslam dini ilə media arasında qarşılıqlı münasibətlər sistemi formalaşıb. Son illərdə dini icmaların, qurumların nəzarəti altında olan KİV-lərdə, həmçinin dövlət mediasında dini dəyərlərə çox həssas münasibət görünür. Jurnalistləri Həsən bəy Zərdabi kimi xurafata qarşı mübarizə aparmağa çağıran Qəmər Cavadlı bu mübarizədə mətbuatın köməyinə ehtiyac olduğunu deyib.
Konfransda digər çıxış edənlər milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələr aparıblar.
Sonda mətbuat günü ilə əlaqədar bir qrup jurnalistə mükafatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxElm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20

