/ / “Azərbaycan multikulturalizmi” dərsliyi ölkəmizin multikulturalizm modelini elmi cəhətdən təqdim edən ilk vəsaitdir
“Azərbaycan multikulturalizmi” dərsliyi ölkəmizin multikulturalizm modelini elmi cəhətdən təqdim edən ilk vəsaitdir
15.07.2017 [10:29]
İyulun 14-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADU-nun rektoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla ölkəmizdə multikulturalizmin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu söyləyib. Bildirilib ki, müasir dövrdə Azərbaycan cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi sahəsində örnək ölkələrdən biridir. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri sülh və qardaşlıq münasibəti şəraitində yaşayırlar. Azərbaycanda multikulturalizm dəyərləri təhsildə, mətbuat və ictimaiyyətdə davamlı olaraq təşviq olunur. Dini-mədəni müxtəliflik mühiti dövlət səviyyəsində qorunur və bu sahədə Azərbaycan böyük nailiyyətlər əldə edib. Bu nailiyyətlərin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən multikulturalizm siyasəti ölkəmizdə uğurla aparılır. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqətin təzahürüdür.
K.Abdulla qeyd edib ki, artıq iki ildir Avropanın 15 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur. Fənnin uğurla tədris olunmasının əsas şərtlərindən biri bu sahə üzrə dərsliyin hazırlanmasıdır. Qeyd olunan zərurəti nəzərə alaraq dövlətimizin başçısının 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm İli” elan olunmasına dair Tədbirlər Planında” bu dərsliyin hazırlanıb nəşr etdirilməsi vəzifəsi qoyulub. Kitab Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, psixologiyası, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə otuza yaxın tanınmış alimin birgə səyi ilə hazırlanıb. Bu dərslik Azərbaycan multikulturalizm modelini sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir.
Professor Etibar Nəcəfov, akademik Teymur Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov və başqa çıxış edənlər bu gün ölkəmizdə multikulturalizmin siyasət və elm müstəvisindən təhsil müstəvisinə proyeksiya olunduğunu söyləyiblər. Bildirilib ki, ölkəmizdə multikulturalizm elmin, mədəni dəyərlərin qorunmasına yönəlib. Kitab Azərbaycanın multikulturalizm modelinin öyrənilməsində tələbələr və müəllimlər üçün dəyərli mənbə, eyni zamanda, gənc nəslin bu sahədə maariflənməsinə böyük töhfədir.
Kitabın müəlliflərini təbrik edən Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil əlaqələri mərkəzinin direktoru Əhməd Sami Elaydi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr Ata Azərbaycanda uğurla həyata keçirilən multikulturalizm siyasətindən söz açaraq müxtəlif dinlərə məxsus xalqların nümayəndələrinin mehriban şəraitdə yaşadıqlarının şahidi olduqlarını söyləyiblər.
Elmi redaktorları akademik Kamal Abdulla və professor Etibar Nəcəfov olan “Azərbaycan multikulturalizmi” dərsliyi yerli, eyni zamanda, xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənnini öyrənən tələbə, magistr və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33

