“Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verilib
23.06.2017 [09:27]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkətinin dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin ikinci mərhələsinə start verilib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, layihənin ötən il həyata keçirilən birinci mərhələsində “SOS Uşaq Kəndləri”nin himayəsində olan 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Növbəti mərhələdə “Bakcell”in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərindən ibarət Qiymətləndirmə Komissiyası daxil olan müraciətləri nəzərdən keçirəcək. Qiymətləndirmə nəticəsində ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsi “Bakcell” şirkəti tərəfindən maliyyələşdiriləcək.
Qeyd edək ki, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB “Bakcell” şirkətinin maliyyə dəstəyilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni 2016-cı ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT biliklər və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-nin beynəlxalq Master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.
BƏT-nin “Öz biznesinə başla və təkmilləşdir” proqramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı ilə ölkədə dövlət səviyyəsində özünüməşğulluq proqramının icrası çərçivəsində Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hökumət səviyyəsində tətbiq olunur.
Xatırladaq ki, “Bakcell” şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

