CASCFEN Kürdəmirdə müəllimlər üçün seminar keçirib
21.06.2017 [09:27]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində daha bir seminar keçirib. Kürdəmirdəki 3 saylı məktəbdə baş tutan seminara 25 müəllim qatılıb.
Tədbirin açılışında çıxış edən məktəbin direktoru Bayram Cəfərov qonaqları salamlayaraq deyib ki, Azərbaycan dövləti belə layihələri dəstəkləməklə vətəndaş maariflənməsinə böyük töhfə verir.
CASCFEN sədri, layihənin eksperti Azər Həsrət də öz növbəsində verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib. CASCFEN sədri layihə haqqında qısa bilgi verdikdən sonra layihənin eksperti Sevda Əsgərova təhsil işçilərinin media ilə əlaqələrinin qurulmasında əsas olan qanunlar haqqında fikirlərini paylaşıb.
Ekspert ayrı-ayrı örnəklərlə mediadan sui-istifadə halları haqqında danışıb, məktəb işçilərinin media ilə təmas zamanı müraciət edə biləcəyi konkret qanunların maddələrini izah edib. O həmçinin jurnalist etikası, buna zidd əməl törədən media təmsilçilərilə münasibətlərin qurulması haqqında fikirlərini səsləndirib. Sevda Əsgərova çıxışının sonunda Azərbaycan Mətbuat Şurasının saytından çap edilmiş “qara siyahı”nı məktəbin direktoruna təqdim edib.
Daha sonra çıxış edən ekspert Azər Həsrət ölkədə dövlətin media azadlığı üçün yaratdığı imkanlardan sui-istifadənin yolverilməz olduğunu deyib. O qeyd edib ki, Azərbaycan dövləti vətəndaş özünüidarəsinə üstünlük verir. Bəzi şəxslər isə bundan öz şəxsi məqsədləri üçün istifadə etməklə jurnalist peşəsini gözdən salırlar.
Müəllimlərin fəallığı ilə müşayiət edilən seminarda qarşılıqlı fikir mübadiləsi aparılıb. Müəllimlərdən Xəyalə Veyisova və Əsbət Musayeva çıxış edərək medianın davranışları, yazı üslubundakı qüsurlar haqqında fikirlərini bildiriblər.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, CASCFEN-in bu qəbildən növbəti seminarları Saatlı və Xaçmazda keçiriləcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

