Son 15 ildə regionlar üzrə vergi daxilolmaları 16 dəfə artıb
18.05.2017 [09:49]
Elçin Bəylərov: Dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, regionlardan büdcə daxilolmalarının artmasına imkan verib
“Regionların inkişaf etdirilməsi ilə bağlı 2004-cü ildən başlanılmış siyasətin davamı olaraq təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasına, regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsinə, yeni müəssisələrin və iş yerlərinin yaranmasına, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb olub. Dövlət proqramlarının uğurlu icrası nəticəsində bu il respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan vergilərin hesabına formalaşdırmalıdır”. Bunu KİV-ə müsahibəsində Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov deyib.
Onun sözlərinə görə, regionların inkişafı ilə bağlı qəbul edilmiş və uğurla həyata keçirilən Dövlət proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun davamlı inkişafına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, regionlardan büdcə daxilolmalarının artmasına imkan verib: “Xüsusi olaraq vurğulamaq lazımdır ki, regionlardakı vergi ödəyicilərinin əksər hissəsinin fəaliyyəti kənd təsərrüfatı ilə əlaqədardır və 1999-cu ildən bu sahənin, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunmasına baxmayaraq, 2016-cı ildə vergi daxilolmaları 600,8 milyon manat təşkil edib. Halbuki Dövlət Proqramının qəbulundan əvvəlki 2003-cü ildə bu rəqəm 37,7 milyon manat idi. Beləliklə, son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artıb. Burada, necə deyərlər, şərhə ehtiyac yoxdur”.
Elçin Bəylərov bildirib ki, regionlarda infrastrukturun inkişafı, yeni iş yerlərinin açılması, ixrac potensialının genişləndirilməsi yalnız bütün vergilərdən azad edilmiş kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyicilərinin deyil, həmin ərazilərdə digər fəaliyyət növləri ilə məşğul olan vergi ödəyicilərinin də iqtisadi aktivliyinə səbəb olub: “2017-ci ilin birinci rübündə ümumi dövriyyələr ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,1 faiz artıb. Pərakəndə ticarət sahəsindən vergi daxilolmaları 6,9 faiz, xidmət sahəsində isə 30,6 faiz artıb.
İslahatlar iqtisadi sistemin şəffaflaşmasına, əlverişli biznes mühitinin formalaşmasına, sahibkarlıq subyektlərinin fəaliyyətinin cəlbediciliyinin artırılmasına şərait yaradıb, bütün bunların nəticəsində 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları üzrə 20 mindən yuxarı vergi ödəyicisi fəaliyyətini bərpa edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,1 dəfə çoxdur. Cari ilin birinci rübündə fəaliyyətini bərpa edən obyektlərin sayında 2 dəfə artım olub”.
Qeyd olunub ki, 2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 155,4 milyon manat proqnoza qarşı 176,6 milyon manat vəsait daxil olmaqla proqnoz tapşırığına 113,6 faiz əməl olunub, o cümlədən yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 milyon manat proqnoza qarşı 135,1 milyon manat vəsait daxil olub və ya proqnoz tapşırığına 118,8 faiz əməl edilib. Ərazi vergi orqanlarının əhatə dairəsinə daxil olan bütün rayon və şəhərlər üzrə proqnoz tapşırıqları, o cümlədən dövlət büdcəsindən dotasiya tələb etmədən öz gəlirləri hesabına xərclərinin ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuş 33 rayon (şəhər) üzrə proqnoz tapşırıqları tam icra olunub.
E.Bəylərov onu da deyib ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, vergi yükünün optimallaşdırılması məqsədilə ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılması, onların sərəncamında olan vəsaitlərin həcminin artırılması, sahibkarlığın inkişafının stimullaşdırılması və daha əlverişli biznes mühitinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

