Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır
22.04.2017 [11:33]
Qobustanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər mərkəzində keçirilən konfransda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Qafqaz Müsəlmanları idarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Hacı Mərəhməd Mustafayev, eləcə də bölgədə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, dini işlər üzrə komissiyanın üzvləri, YAP rayon təşkilatının rəhbərliyi, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov konfransı açaraq bu gün dini radikalizmlə mübarizənin aktuallığından, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlıq, multikulturalizm ənənələrinin təbliği sahəsində görülən işlərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqinin zəruriliyindən danışıb, bu baxımdan konfransın xüsusi önəm daşıdığını qeyd edib. İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin Azərbaycan dövlətinin dünyaya, xüsusən də İslam ölkələrinə xoş niyyətli yeni mesaj olduğunu diqqətə çatdırıb. Bildirilib ki, İslam dünyasının bu gün həmrəyliyə, birliyə, sabitliyə çox böyük ehtiyacı olduğu bir vaxtda belə bəşəri ideyanın irəli sürülməsi tarixən dünyanın mədəni mərkəzlərindən biri olan Azərbaycanın İslam dünyasına verdiyi töhfədir. Artıq dünyada “İslam Həmrəyliyi İli”nin Azərbaycan nümunəsi modeli formalaşmaqdadır.
Konfransda DQİDK-nın sədri Mübariz Qurbanlı diqqəti İslam dininin ümumbəşəri dəyərlərinə cəlb edərək, İslam daxilindəki qrupların, cərəyanların onun inkişafına yaratdığı ciddi maneələrdən bəhs edib. Vurğulayıb ki, radikalizm bu gün İslamdakı elmlik, dünyəvilik prinsiplərinə qarşı bir təxribatdır. Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır. Nəticədə isə fanatizmin acı təzahürləri üzə çıxır. Komitə sədri dünya əhalisinin 25 faizini müsəlmanların təşkil etdiyini vurğulayaraq, dünya neft ehtiyatının 62 faizinin, təbii qazın 60 faizinin, digər yeraltı sərvətlərin böyük bir hissəsinin bu ölkələrdə olduğuna diqqəti cəlb edib və təəssüflə bildirib ki, müsəlman ölkələri elmi-texniki cəhətdən hələ də geridə qalır, bu sahədə başqalarından asılıdır. Qeyd olunub ki, xurafat, cahillik, dini radikalizm, müəyyən dairələrin İslamı siyasiləşdirmək cəhdlərinin yaratdığı fəsadlar bunun əsas səbəbləridir. Təsadüfi deyil ki, bugünkü münaqişələrin 70-80 faizi müsəlman ölkələrinin ərazilərində baş verir.
Belə bir şəraitdə, xüsusən din amilindən siyasi vasitə kimi istifadə olunduğu bir dövrdə tolerantlığın, multikultural dəyərlərin Azərbaycan modelinin öyrənilməsinin və bundan yararlanmağın, habelə İslam həmrəyliyinin bəşəriyyət üçün həyati əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Sonra rayon İcra Hakimiyyətinin iclas zalında konfransın “Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi” mövzusunda ikinci mərhələsi olub. Rayonun fəal gənclərinin iştirakı ilə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, rayon gənclər və idman idarəsinin rəisi Qadir Əkbərov çıxış ediblər.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizənin, dindarlar, xüsusilə gənclər arasında Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviq olunmasıdır. G.İsmayılov gənclər arasında dini maarifləndirmənin gücləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Gənc nəslin, eləcə də uşaqların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında təhsil müəssisələrinin rolunu vurğulayan G.İsmayılov bu istiqamətdə ardıcıl işlərin həyata keçirildiyini, milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruriliyini bildirib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

