Mülhazil Balakişiyev: Prezidentin yun ixracı ilə bağlı tövsiyələrini reallaşdırırıq
22.04.2017 [11:18]
Bir neçə gün öncə yun ixracına başlayan “Fərhad-91” müəssisəsi bu il Çinə 2,3 milyon ABŞ dolları məbləğində 1360 ton yun göndərəcək
Ağcabədi rayonunun Ağabəyli kəndində “Fərhad-91” müəssisəsinin yun emalı fabrikində istehsal edilən yun xaricə ixrac olunmağa başlayıb. Bağlanmış müqaviləyə əsasən, aprelin 17-də ilkin olaraq Çin Xalq Respublikasına 66 ton yun göndərilib. İlin sonunadək Çinə 1360 ton yun ixrac ediləcək ki, bu da ölkəmizə 2,3 milyon ABŞ dolları məbləğində valyuta gətirəcək.
Müəssisənin təsisçisi Mülhazil Balakişiyev AZƏRTAC-a müsahibəsində yun fabrikinin fəaliyyətindən və perspektivindən danışaraq deyib: “Fabrikdə yun tədarükü, emalı və satışına 2002-ci ildən başlanılıb. Prezident İlham Əliyevin bu il yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda digər sahələrlə yanaşı, yunun tədarükü, istehsalı və xaricə ixracı ilə bağlı tapşırıqları fəaliyyətimizi genişləndirməyə stimul verdi. Xarici tərəfdaşlarla əlaqələr yaratdıq və bu ilin martında Çin şirkətləri ilə imzaladığımız müqaviləyə əsasən yun ixracına başladıq. Prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində də yunun tədarükünün təşkil edilməsi, yun fabrikinin yaradılmasının vacibliyini bir daha vurğulayıb, bunun fermerlər üçün əlavə qazanc mənbəyi olacağını, ölkəyə isə valyuta gətirəcəyini bildirib. Xaricə yun ixrac etməklə bu işə töhfə verdiyimiz üçün məmnunuq”.
Xarici bazara yol tapmağın çətin olduğunu bildirən sahibkar deyib ki, onların məhsulu yuma və çeşidləmə keyfiyyətinə görə diqqəti cəlb edir. Çinə 3000 ton yuyulmuş yun ixracı üçün razılıq əldə olunub. Eyni zamanda, digər tərəfdaşlarla da məhsul ixracı istiqamətində iş aparılır.
Fabrik ildə 3000-5000 ton yuyulmuş yun istehsal etmək gücünə malikdir. Bu isə daxili tələbatı ödəməklə yanaşı, ixrac üçün də geniş imkan yaradır. “Statistikaya əsasən, Azərbaycanda əhali və fermerlər tərəfindən illik 18 min ton yuyulmamış yun istehsal edilir. Bu yunun 40 faizi demək olar ki, istifadəsiz qalır. Qalan yun yerli bazarda satılır, yaxud fərdi şəkildə istifadə olunur. Yerli bazara satış üçün çıxarılan çirkli yunun miqdarı 6000-6500 ton təşkil edir ki, bu da 3 min tondan çox yuyulmuş yun deməkdir”, - deyə M.Balakişiyev vurğulayıb.
Müəssisə ölkədə satışa çıxarılan bütün yunu yumaq imkanına malikdir. Bunun üçün infrastrukturun yaxşılaşdırılmasına, yun tədarükü məntəqələrinin avadanlıqlarla təchizatına, yardımçı avadanlıqların alınmasına ehtiyac olduğunu bildirən sahibkar deyib: “Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dəstək göstəriləcəyi təqdirdə, yunun əhali və fermerlərdən vaxtında və itkisiz toplanması üçün regionlarda 10 daimi, qışlaq-otlaq sahələrində isə 17 səyyar tədarük məntəqəsi yarada bilərik. Hesablamalara görə, yunun tədarükü, emalı və satışının kompleks həlli 172-si daimi olmaqla, 242 nəfərin işlə təmin olmasına, qoyunçuluqla məşğul olan 30 minə yaxın ailənin maddi təminatının yaxşılaşmasına, həmçinin respublikamıza xarici valyuta axınının artmasına imkan verər. Fabrikimizin istehsal gücü, kadr potensialı, xarici tərəfdaşlarla yaratdığımız əlaqələr dövlətimizin başçısının yun ixracı ilə bağlı qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə şərait yaradır”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

