/ / “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib
“Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib
20.04.2017 [09:20]
Aprelin 19-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclasın gündəliyi barədə məlumat verib.
Sonra cari ildə AMEA-nın ümumi yığıncaqlarının keçirilməsi məsələlərinə baxılıb. Akademiyanın 2016-cı ildəki fəaliyyətinə həsr olunacaq tədbirin bu il aprelin 28-də, AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə, vitse-prezidenti, İctimai, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibləri vəzifələrinə seçkilərin keçirilməsinə dair ümumi yığıncağın isə mayın 2-də keçirilməsi qərara alınıb, gündəliklər təsdiqlənib.
İclasda “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” müsabiqəsinin nəticələri elan edilib. Rəyasət Heyətinin qərarına əsasən, müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva, həmçinin Azərbaycanın mədəni və tarixi irsinin dünya miqyasında elmi əsaslarla öyrənilməsinə verdiyi xüsusi dəstəyə görə Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüblər.
Tədbirdə AMEA-nın görkəmli alimlərinin adlarını daşıyan mükafatların sahiblərinin də adları açıqlanıb. Fizika-riyaziyyat elmləri doktoru Kərim Allahverdiyevin AMEA-nın Nəsrəddin Tusi adına, akademik Məhərrəm Babayevin AMEA-nın Həsən bəy Zərdabi adına, professor Tofiq Bakıxanovun AMEA-nın akademik Üzeyir Hacıbəyli adına və AMEA-nın müxbir üzvü Zakir Qarayevin AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatları ilə təltif olunması haqqında qərar qəbul edilib. Bundan başqa, akademik Vaqif Fərzəliyev AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, akademik Vasif Babazadə AMEA-nın akademik Musa Əliyev adına mükafatı, tarix elmləri doktoru Əli Rəcəbli isə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüblər.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın professoru elmi adını almaq üçün müsabiqənin elan edilməsi haqqında olub. Akademik A.Əlizadə bildirib ki, “Azərbaycan Milli Elmlər Akademiyasının professoru” elmi adı Rəyasət Heyətinin 2017-ci il 18 yanvar tarixli qərarı ilə təsis olunub.
Bütün bunları nəzərə alaraq, Rəyasət Heyəti müsabiqənin keçirilməsi, bununla bağlı mətbuatda elanın dərc olunması və digər məsələlərlə bağlı müvafiq qərar qəbul edib.
İclasda “Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi metodikası” təsdiqlənib, bununla bağlı AMEA-nın elmi müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Rəyasət Heyəti akademik Akif Hacıyevin 80 illik yubileyi münasibətilə bu il dekabrın 6-8-də “Riyaziyyat və mexanikanın müasir problemləri” adlı beynəlxalq konfransın keçirilməsi, həmçinin Neft-Kimya Prosesləri İnstitutunda beynəlxalq əlaqələr, Ədəbiyyat İnstitutunda erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbələrinin yaradılması, Geologiya və Geofizika İnstitutunun yeni strukturunun təsdiqi, Neft və Qaz İnstitutunun strukturunda qismən dəyişiklik olunması haqqında qərarlar qəbul edib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

