/ / ADNSU və UFAZ-da universitetin İctimai Etimad Şurası nümayəndələrinin iştirakı ilə mediatur keçirilib
ADNSU və UFAZ-da universitetin İctimai Etimad Şurası nümayəndələrinin iştirakı ilə mediatur keçirilib
24.01.2017 [10:06]
Yanvarın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və ali məktəbin nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün mediatur keçirilib. Mediaturda iştirak edən ADNSU-nun İctimai Etimad Şurasının üzvləri, millət vəkilləri, QHT və KİV rəhbərləri, jurnalistlər əvvəlcə UFAZ-ın auditoriyalarını gəzib, imtahan prosesini izləyiblər.
Fransız-Azərbaycan Universitetinin icraçı direktoru Vazeh Əsgərov UFAZ haqqında tədbir iştirakçılarına məlumat verib. UFAZ-da tədris olunan ixtisaslar, tələbə kontingenti və tədris üsulları haqqında danışıb. O, imtahan prosesində yarana biləcək mənfi halların araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə operativ qərargahın fəaliyyət göstərdiyini qeyd edib.
Daha sonra mediatur iştirakçıları ADNSU-nun auditoriyalarında olub, imtahan prosesini müşahidə ediblər. Mediaturdan sonra ADNSU-nun İctimai Etimad Şurasının iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlının da iştirak etdiyi toplantıda İctimai Etimad Şurasının üzvləri ADNSU və UFAZ-da imtahanların gedişatı ilə bağlı təəssüratlarını bölüşüb, son 1 il ərzində ali məktəbdə baş vermiş dəyişikliklərdən məmnuniyyətlərini ifadə ediblər.
ADNSU-nun rektoru, professor M.Babanlı ADNSU və UFAZ-da imtahan prosesinin gedişatı və ümumilikdə ali məktəbdə gerçəkləşdirilən islahatlarla bağlı verdikləri yüksək qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib. Rektor M.Babanlı ali məktəbdə baş vermiş dəyişikliklərin ADNSU-nun Avropa standartlarına uyğun universitetə çevrilməsi istiqamətində qət edilməli olan yolun başlanğıcı olduğunu qeyd edərək hazırda islahatların davam etdiyini bildirib.
İctimai Etimad Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, millət vəkili Aydın Mirzəzadə ADNSU-nun Azərbaycanın qocaman və ənənəsi olan universitetlərindən biri olduğunu qeyd edib və bu ali məktəbin bir sıra parametrlərinə görə seçildiyini vurğulayıb. O, eyni zamanda, ADNSU-nun fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib.
ADNSU-nun İctimai Etimad Şurasının üzvü, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu universitetin ölkə sənayesi üçün peşəkar kadrlar yetişdirdiyini vurğulayıb.
İclasda çıxış edən “XXI əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev Şuraya bəzi təkliflərini verib. O, ADNSU-dakı mühiti tələbələrin təhsil almağa stimullaşdırılması baxımından çox müsbət adlandırıb.
Rektor, professor M.Babanlı ADNSU-nun İctimai Etimad Şurası üzvlərinə universitet haqda söylədikləri dəyərli fikirlərə görə təşəkkürünü bildirib. O, İctimai Etimad Şurasının formal qurum yox, işlək mexanizmlərə və geniş səlahiyyətə malik bir qurum kimi fəaliyyət göstərməsi üçün hər bir şərait yaratmağa hazır olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24

