Geomaqnit həyəcanlaşması davam edir
06.01.2017 [09:24]
Hər zaman sürprizlərlə dolu olan Günəşin səthində bu gün ləkə və fəallıq qrupları müşahidə edilmir, alışma fəallığı sıfır səviyyəsindədir, lakin geomaqnit fəallığı kifayət qədər yüksəkdir. Budəfəki həyəcanlaşmanın (gözlənilən qasırğanın) səbəbi isə Günəş səthində hazırda mövcud olan və uzunsov gölə bənzər “tac dəliyi”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir (“tac dəlikləri”, demək olar ki, açıq maqnit qüvvə xətləri olan sahələrdir. Buradan yüklü zərrəciklər Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən, Yerə doğru yönəlir). Təsirlər yanvarın 4-dən başlanıb, yanvarın 5-də və 6-da da hiss olunacaq.
Bunu AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun elmi işlər üzrə müavini Elçin Babayev bildirib.
E.Babayev qeyd edib ki, hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2-dir (maksimum 9 olur). Bu isə zəif həyəcanlaşma deməkdir (dünən Kp indeksi artıq 4-ə çatmışdı). Lakin gün ərzində geomaqnit həyəcanlaşmasının dəyişəcəyi gözlənilir, hətta G1 sinfinə məxsus zəif səviyyəli geomaqnit qasırğası belə proqnozlaşdırılır. Qasırğanın baş verməsi isə fiziki şəraitdən asılı olacaq: planetlərarası maqnit sahəsinin “z komponenti” cənub istiqamətini göstərərsə, həyəcanlaşma daha da güclənəcək. Bu halda yüklü plazma zərrəciklərinin Yerin maqnitosferinə asan daxil olması üçün əlverişli fiziki şərait yaranır. Geomaqnit vəziyyətin nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqaməti ilə yanaşı, Günəş plazma küləyinin sürətindən də asılı olacaq (bu sürət artıq 510 km/san-ni keçib).
Gözlənilən qasırğa baş verəcəyi təqdirdə yuxarı en dairələrində (60 dərəcə geomaqnit en dairəsindən qütbə doğru) daha təsirli olacaq, hətta qütb parıltıları (“Aurora Borealis”) müşahidə olunacaq, magistral elektrik verilişi sistemlərinə kiçik fluktuasiyalar şəklində təsirlər gözlənilir. Bizim yerləşdiyimiz orta coğrafi en dairələri üçün təsirin orta və ya zəif olması gözlənilir. Atmosfer təzyiqi də hazırda norma ətrafındadır.
Sağlam insanlar üçün heç bir narahatlığa səbəb yoxdur, lakin qış risk qrupuna daxil olan insanlar üçün artmış diskomfort yarana bilər, bu, xroniki xəstələr (xüsusilə də, ürək-qan-damar xəstəlikəri olan insanlar), ahıl insanlar və azyaşlılarda özünü bir az qabarıq şəkildə büruzə verəcək. Həkim məsləhəti əsasında profilaktik tədbirlərin görülməsi faydalı ola bilər.
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28

